Yetər bu ayrılıq, bu fitnəkarlıq.Fitnənin axırı nədir, a "dostlar"?Sizdəki bu həsəd, bu gözü darlıq,Gəncliyə bir əyan dərsdir, a "dostlar".

Böyük bir hünərim yoxdur, bilirəm,Bəzən öz-özümə baxıb gülürəm.Artıq can üstəyəm, artıq ölürəm.Şöhrətim quru bir səsdir, a "dostlar"…

Tərpətməyin məni durduğum yerdən.Bir gül çiçəklənməz ayrılsa yerdən…Yoxsa şimşək olub oynaram birdən,Mənim bir damarım tərsdir, a "dostlar".

Əzəldən aşiqəm şerə, sənətə,Küsməyin məndəki bu bədahətə.…………………………Vüqarım hər zaman şəsdir, a "dostlar".

Başından yekələr çox qudurmasın,Yalandan üzümə gəlib durmasın.Hər yetən qıçıma bir diş vurmasın,Yaxamdan əl çəkin, bəsdir, a "dostlar"!

Hər gülün taleyi öz əlindədir,Sirrimi vermərəm, çox dərindədir.Şairin şöhrəti əsərindədir,Sizə son cavabım "yest!"dir, a "dostlar"!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе