Bahar, istəklimsən başdan, binadan,Ən gözəl qızısan sən təbiətin!Xoşbəxt yaranmısan xoşbəxt anadan;Gözünün odusan şerin, sənətin,Ən gözəl qızısan sən təbiətin!

Sənin də şair tək qanın qaynardır,Yerdə arzuların gül açır rəng-rəng.Başında daim fikirlər vardır,Daim döyünür sinəndə ürək,Yerdə arzuların gül açır rəng-rəng.

Sükuta düşmənsən əzəldən sən də…Nə yatır, nə də bir sakit olursan.Çöllərə neçə min xalı sərsən də,Çarpışıb yağışla, boranla, qarla -Qışın son nəfəsi — qasırğalarla -Sən də döyüşlərdə yaşa dolursan,Nə yatır, nə də bir sakit olursan!

Buludlar qoynunda çaxan şimşəyinSivri qılınc kimi sıyrılır qından.Tufan da qoparır bəzən küləyin,Dağlara səs düşür qışqırığından…

Bahar! Qoy suların gurhagur axsın,Sinəmin üstündən keçsin sellərin.Başımın üstündə şimşək də çaxsın.Qoy tufan qoparsın əsən yellərin!

Doyunca çarpışıb qasırğalarla,Göydə qartal kimi yorulum mən do.Sonra qoşa yatıb dostum baharlaBaş-başa, dincəlim bir göy çəməndə…

Dən olub səpilək, gəl səninlə mən.Göyərək torpaqda sünbüllər kimi;Qızlar gülab çəksin qoy ətrimizdən,Baharın zinəti al güllər kimi!

Qoşa çinar olub bitək yol üstdə,Göylərə boy ataq öz ölkəmizdə.Yayın istisində Muğanda, Mildə,Yolçular dincəlsin, qoy kölgəmizdə.

Ya da dağ döşündə qoşa qaynayan,Ürək sərinlədən çeşmələr olaq…Yerdə bulud-bulud axıb oynayanSərin çaylar kimi axdıqca dolaq…

Yer qazaq, su çəkək boz səhralara,Daş yonaq, söz yazaq iki əl kimi…Göyləri şimşəktək biz yara-yara,Gəzək yer üzünü bir əməl kimi.

Bir cüt ala gözlü göyərçin olub,Gəl Yer kürəsinin çiyninə qonaq.Şeir tək dillənib, nəğmə tək ötüb.Dildən-dilə düşək, əzbər oxunaq.

Bir cüt məşəl olsun ürəklərimiz,Bir cüt ulduz kimi baş-başa yanaq.Sülhün, səadətin keşiyində bizGəl qoşa dayanaq, qoşa da yanaq!

Min il ömür sürək səninlə qoşaBir canda döyünən iki ürək tək.Min il nəfəs verək torpağa, daşa,Nəsildən-nəsilə təzələşərək…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе