Ey bivəfa ki, adət olubdur cəfa sana
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Ey bivəfa ki, adət olubdur cəfa sana,
Billah cəfadır, olma demək bivəfa sana.
Gəh nazü gəh girişməvü gəh işvədir işin,
Canın sevənlər olmasa yey aşina sana.
Min can olaydı kaş məni-dilşikəstədə,
Ta hər birilə bir gəz olaydım fəda sana.
Eşqində mübtəlalığımı eyb edən sanır
Kim, olmaq ixtiyar ilədir mübtəla sana.
Ey dil ki, hicrə doymayıb istərsən ol məhi,
Şükr et bu halə, yoxsa gələr bir bəla sana.
Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,
Bildirdi ola surəti-halım səba sana.
Düşməz çü şah qürbi, Füzuli, gədalərə,
Ol şəhdən iltifat nə nisbət mana, sana.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-ey-bivefa-ki-adet-olubdur-cefa-sana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Canı kim cananı üçün sevsə, cananın sevərCanı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Məndə Məcnundan füzun aşiqlik istedadı varMəndə Məcnundan füzun aşiqlik istedadı var,Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuzAləm oldu şad səndən, mən əsiri-qəm hənuz,Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.