Məndə Məcnundan füzun aşiqlik istedadı var
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Məndə Məcnundan füzun aşiqlik istedadı var,Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var.
Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.
Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.
Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,Hər kimin kim, dövr cövründən dili naşadı var.
Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdəKim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-mende-mecnundan-fuzun-asiqlik-istedadi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Eşitmişəm bir neçə əhvalını,Bir özgəyə əhd-i vəfa qılmısan.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Səni gördüm bir bayatı çağırdımBizim bağın barı mən,Arzularam yarı mən.