Canı kim cananı üçün sevsə, cananın sevər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Canı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.
Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.
Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.
Su ki, sərgərdan gəzər, başında vardır bir həva,Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.
Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.
Макта — последний бейт с тахаллусом поэта. Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edibQayəti derlər, ola bir bəndə sultanın sevər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-cani-kim-canani-ucun-sevse-cananin-sever
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Sevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
Anlagil eşq nədir, dinlə, nə mənadır buAnlagil eşq nədir, dinlə, nə mənadır bu!Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
OynasınGül eyvana çıxan dilbər,Qoy yel vursun, tel oynasın.