Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!Tutma zühhadın müxalif pəndini, peymanə tut!

Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə,Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut!

Cizginirkən başına şəmi rüxündən canımıMən qılma, anı həm, ol şəmə bir pərvanə tut!

Gər sənə əfğanimi bihudə dersə müddəi,Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut!

Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məniXah bir aqil xəyal et, xah bir divanə tut.

Ey olub sultan, deyən dünyadə məndən qeyri yox,Sən səni bir cüğd bil, dünyanı bir viranə tut.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, dəhr zalinin firibindən saqın,Olma qafil, ər kimi tərpən, özün mərdanə tut!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов