Söylə yadındamı o axşam çağı?..Dinməyən mən oldum, dinən sən oldun.İlk eşqin ocağı alovlanmamışSönməyən mən oldum, sönən sən oldun.

Doymamış sabahın tər nəfəsindən,Sevdalı quşların təranəsindən,Sözündən, əhdindən, iradəsindənDönməyən mən oldum, dönən sən oldun.

Pozuldu ilqarın, dəyişdi andın,Torpaqda alışıb, havada yandın.Axır gözlərinlə görüb inandınEnməyən mən oldum, enən sən oldun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов