Cana, mürüvvət eylə, günüm çox yaman keçir,Karım həmişə nalevü ahü fəğan keçir.

Gül mövsümündə qonçəsifət qan olub könül,Fəsli-bahar içində baharım xəzan keçir.

Onda təsəvvür eylə mənim hali-zarımı,Görsəm rəğiblər sənlə, mehriban keçir.

Yoxdur məgər mürüvvətin ey yari-bivəfa?Mən ağlaram, rəğiblərim şadman keçir.

Biganələr o qədər sənə aşina olub,Könlümdən arzuyi-vüsalın nihan keçir.

Əğyar tənəsin nəyə təşbih eyləyim?Bənzər o bir bəlaya, gəlib nagəhan keçir.

Eşq atəşində cismim olub çubi-tər kimi,Yandıqca könlüm, əşki-rəvanım rəvan keçir.

Bir vaxt idi mənə çox mehriban idin,Ol günlərim xəyalə gəlib, hər zaman keçir.

Gəl, bir müyəssər olsa içək vəsl camalını,Fövt etməyək bu fürsəti, ömri-cavan keçir.

Bir busə vədə eylədin iftar vaxtına,Gəl əhdinə vəfa eylə, axır azan keçir.

Sidqi həmişə bəzm vüsalında lalə tək,Əğyar əlində badə görüb, bağrı qan keçir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке