Xoşa o gün ki, mənim qəm günümdə yarım idin
Xoşa o gün ki, mənim qəm günümdə yarım idin,Ənis-munis, qəmxar-qəmgüsarım idin.
Gözümdə nur, könüldə sərvər, cismdə can,Qərar, tabü təvan, səbr, ixtiyarım idin.
Kəməndi-ahımla damı-eşqə salmışdım,Qəribə seyd eyləmişdim, əcəb şikarım idin.
Təaxürüm var idi tacirani-eşq içrə,Mətai-hüsnlə aləmdə bir etibarım idin.
Adın dilimdə, üzüm xaki-asitanında,Sərir nazda, bir şahi-tacidarım idin.
Nə bais oldu vüsalə mübəddəl oldu firaq?Xoşa o gün ki, mənim eyşi-ruzigarım idin.
Nədəndi lalə sifət bağrıma çəkibsən dağ?Üzari-al ilə bir türfə laləzarım idin.
Ümidim özgəyə yox, ey səba, səni tarı!Söylə o yarə ki, axır ümidvarım idin.
Deyir fəğanla gülzari-hicrdə Sidqi,Xoşa o gün ki, mənim yari-gülüzarım idin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-xosa-o-gun-ki-menim-qem-gunumde-yarim-idin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
«Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət» hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu...Ərzi-məxsus
Nəsihətnamə1) Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir.2) Dünyada dörd şeyin azı və çoxu bərabərdir.
Əzbər ediləcək hikmətli sözlər1) İnsan əvvəl cəhlinin və bilməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil və bilmədiyinin təhsilinə səy və diqqət eyləsə, çox şey öyrənər.2) Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
Könül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdinKönül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdin?Nə həsrətin daxi var, yari-gülüzarə yetişdin?
Стихи других поэтов · О любви
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Qürur nəğməsiNə qəm, illər sovuşur,getdikcə artır yaşım.