Содержание
  1. Ərzi-məxsus
  2. İxtar
  3. Minacat
  4. Qiraət
  5. Sübh namazı
  6. Tərbiyənin təfavütü
  7. Sitarə ilə xalası
  8. Ata və ana məhəbbəti
  9. İki bacının mükaliməsi
  10. Ədəbli və tərbiyəli Rübabə
  11. Validə məhəbbəti
  12. Bala tərbiyəti
  13. Ruqiyyənin söhbəti

Страница 1 из 4

«Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət» hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu...

Ərzi-məxsus

Tərbiyəti-nisvan və təlimi-ətfal məsələsi dünaynın hər tərəfində (bu son vaxtlarda müsəlmanların da arasında) əhəmiyyəti-kamilə kəsb etmək üçün qızlarımızın təlim və tərbiyəti və onlara məxsus kitabların təlifi nəhayət dərəcədə lazım və dərkardır ki, o kitabların vasitəsilə bisavad və layiqi-təlim və tərbiyə olan qızlarımız şahrahi-elmi və təriqi-tərbiyəti tapıb təhsilə raqib olsunlar. Tainki dərəcati-ülumi və məratibi-maarifi teyy edib, elmli və tərbiyəli validələr payəsinə yetişsinlər. Çünki tərbiyəli analaların qəlbində və müəllimə xanımların vicdanında vücudə gələn hüsni-tərbiyə və təhzibi-əxlaq balalarının tövsiyi-əzhan və tənviri-əfkarına əvvəlinci səbəbdir. Odur ki, alimə və ədibə validələr elm və ədəbi məhəbbət südü ilə şirü şəkər kimi qarışdırıb övlada yedirirlər. Binaən əleyh zalik bu barədə olan meyl və rəğbətim və öz hissəmə düşəcək vəzifəmi əda etməyim bəzaətsizliyimə və ədəmi-ləyaqətimə qələbə edib, təlimi-ətfala məxsus olan kitabi-nafedən bilaintixab «Töhfei-benat» namı ilə təsmiyə etdiyim bu əsəri-naçizi yazmağa cəsarət elədim. Lütf nəzərilə mütaliə buyuran maarifpərvər ədiblər və təlim yolu ilə təcrübə hasil etmiş müəllimlər səhv və xətasını təiyib və təhqirə nisbət verməyib, nəzəri ədibanə və himməti-nəqqadanələr ilə təshih etməklərini məxsusən təmənna edirəm. Hərgah bu barədə layiqi-təqrif və təhsin olmasam da, müvədədi-təriz və nifrin olmamağa da əmin və ümidvaram.

İxtar

Bu kitabçeyi əlifbanı diqqətlə oxuyub və hürufatın işkali ərbəəsinə kamilən vüquf yetirən balaca qızlara məxsusdur ki, bunda dərc olunan dərusi-mütəməddədə və hekayəti-nafeənin vasitəsilə hər bir validə öz qızını və hər bir müəllimə öz mütəllimlərini şiveyi-qiraət və üsuli-kitabətə alışdıra bilir.

Bu kitab nəstəliq xəttilə təb olunmağa ümdə səbəb odur ki, o balaca əlləri ilə rəhbəri-maarif olan, qələmi tutan xanım qızlar hər gün oxuduğu dərsi bir əlahidə dəftərə yazmaq ilə təqviyyəti-zehnə səbəb olan hüsni-xətti də təhsil etməyə müvəffəq olsunlar. Bu müxtəsər kitabçada üsuli-inşa və fununi-kitabət iqtizasınca yazılan və beləliklə, lisani-türkidə əmsalı görülən bəzi ərəbi və farsi kəlmələri heyni-tədrisdə bəqədr imkan qızlara təlim və təlhim olunmamış keçilməsin. Tainki onlar adabi-mühavirə və ümurati-beytiyyəyə dair olan mükalimatdan əlavə ədəbiyyati-lisaniyyə və də filcümlə aşina olsunlar. Tainki gələcək zamanda ülum və fünun ... təhsil etməyə müqtədir ola bilsinlər.

Minacat

İlahi! Qadiri-mütləq və məbud bir həqsən. Zati-əqdəsini əql və fikr ilə bilmək və qüdrət və əzəmətini dil ilə bəyanə gətirmək olmaz. İlahi! Zaman və məkandan münəzze və tərif və tövsifdən mübərrasən. Amma şan və cəlalın və nuri-cəmalın aləmləri doldurub ki, hər şeyi sənin vücuduna dəlil və rəhbər və hər zərrə sənin qüdrətinə şahidi-mötəbərdir. Bu hamı həddü-hesabsız ulduzlar və havada cəh-cəh ilə teyran edən quşlar, yerdə zümzümə ilə cərəyan edən nəhrlər, çaylar, rəngarəng güllərin ətri və gunagun meyvələrin təmi sənin hikmətinə ayinədir. Xüdavənda, elə bir qadiri-təvana və xaliqi-yektasən ki, qüdrət və qüvvətdə və əmri-xilqətdə əsla şərikin və nəzirin yoxdur. Pərvərdigara, mərhəmət nəzərini bizdən kəsmə, səhhəti-bədənimizi əlimizdən alma, verdiyin hamı nemətlərin şükrünü əda etməyə bizləri müvəffəq elə, lütf və inayətini halımıza şamil qıl, məhəbbət və tofiqini bizlərə rəqif et. Günahlarımızdan keç. Dünya və axirətimizi məmur elə! Ya rəb, ümid əlimizi dərgahi-aləm pənahından naümid geri qaytarma! İtaət və ibadətimizi dərəceyi-qəbulə yetir, dua və axirətimizi müstəcəb elə, xatimül-ənbiya Məhəmməd-əl-Mustəfa hörmətinə və onun pak və pakizə olan övladı haqqına. Amin!

Qiraət

Xanım qızlar! «Əlifba kitabını» diqqətlə oxudunuz. Və hər bir dərsin başında yazılan həriflərin şəkillərini və sədalarını lazımınca öyrənib və anladınız. İndi bu gözəl kitabı oxumaq sizlərə çox asan və çox faydalı olacaq. Bunda neçə şirin hekayətlər yazılıb! Və neçə gözəl dərslər tərtib olunubdur. Bu əvvəlinci dərsdə istəyirəm yenə «Əlifba» kitabında oxuduğunuz dərsləri yadınıza salım. Xatirinizdədir ki, hərflərin hamısı rtuz dörddür. Və o hərflər kəlmənin başında, arasında və axırında yazılanda hər biri neçə surətə düşür. Və hərflər bir-birinə yapışanda səslər hasil olur ki, o səslərdən kəlmələr əmələ gəlir. Məsələn, a-ta, a-na, ba-ba ki, bu səslərdən ata, ana, baba kəlmələri təşkil olunur. Necə ki, ba-la-bal-dan-şi-rin-dir sədalarından «bala baldan şirindir» ibarəti əmələ gəlir. İndi bu dərsdə bir neçə asan cümlələr var, onu oxuyaq: «Mənim kitabım gözəldir. Bu gün dərsim asandır. Yalan danışmaq günahdır. Elm və tərbiyyət hamıya vacibdir. Əməlsiz alimin faydası yoxdur. Kitab oxumağın mənfəəti çoxdur. Kitab insana gözəl münisdir. Qış və yaz oxu yaz».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов