Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.

Ayaqdan saldı bu rənci-xümar, əldən qərar aldı,Əlim tut bir ayaq ilə, aman, səd əlaman, saqi.

Xərabə könlümü bir badəyi-nab ilə abad et,İçə piri-zəif ondan, olur billah cavan, saqi.

Tərəhhüm qıl bu gün, mey ver, məni qəmdən xilas eylə,Diyari-eşqdə üşşaqə sənsən mehriban, saqi.

Hər iki nəşədə, hər nəşədən məqsudumuz meydir,Bizə bu mətləbi kəşf eyləyib piri-muğan, saqi.

Alıbdır qönçeyi-qəmmazın qərar-ixtiyar əldən,Kəsibdir işvəvü nazın, əcəb tabü-təvan, saqi.

Gəhi işvə, gəhi şivə, gəhi nazü, gəhi qəmzə,İmani-ixtiyarım getdi əldən, bir iman, saqi.

Telin vermə səbayə, şanə vurma, bəsdir, insaf et,Xəmi-zülfündə dili-mürği qılıbdır aşiyan, saqi.

Ətayın can alır hər dəm, xətayın can ata eylər,Dəhanın dürfəşandır, söhbətin arami-can, saqi.

Cavabın nüzhətəfzadır, camalın məhfiləradır,Dişin dürri-müsəffadır, sözün arami-can, saqi.

Çəkilmiş guşeyi-bağə bu gün hər arifi-aşiqFərəh əfza olub, bəh-bəh, fəzayi-gülüstan, saqi.

Gülüstan bəzmi-xəlvətdir, zamani-eyşi-işrətdir,Çəməndə yar, yar ilə olubdur həmzəban, saqi.

Qonubdur sərv şax üstə, təranə başlayıb qümri,Olubdur bülbüli-şeyda əcayib nəğməxan, saqi.

Açıb göz nərgisi-şəhla, edər nəzzarə gülşən,Səba dəydikcə bağ içrə, açar qönçə dəhan, saqi.

Görüb yaquti-rəmmal tək şərabi-nabı cam içrə,Həsəddən laləyi-həmra olubdur bağri qan, saqi.

Bu gün könlüm kimi sünbül pərişan eyləyib zülfün,Verər gisuyi-yari-nazəninimdən nişan, saqi.

Oxur bülbül, açıb gül, ...xürrəm, qönçələr xəndan,Olubdur səhni-gülşən əşki-gülzari-cinan, saqi.

Nəvayi-bülbül, qümri, sədayi-mürği-xoşəlhan,Edib zaği-siahı bağdan damənkəşan, saqi.

Xarabat əhlinə daim münacat əhli tən eylər,Olubdur zahidi-bədkiş bizdən bədgüman, saqi.

Gəlib meyxanəyə öz xirqəsin rəhni-şərab etməz,Nə fikr ilə həmişə məscidi eyləyib məkan, saqi?

Ümidin bağlayıb mövlasına bu Sidqiyi-nalan,Yetişsin dadə məhşərdə Əmirəlmöminin, saqi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви