Salıbdı möhnəti-hicrin bir özgə halə məni
Salıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Məgər yoxundu xəbər, çəkmişəm nələr sənsiz,Fələk salıbdı qəmü möhnətü məlalə məni.
Vüsal günləri bir mahi-ənvərim sən idin,Gör indi ayrılığın döndərib hilalə məni.
Gözüm yaşı ilə üzümdən axır ciyər qanı,Ürəkdə dağını gizlətdi, gördü lalə məni.
Sənin xəyalınla mən ki, bağrı qan oldum,Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni.
Könül sərvəri, məh ənvərim, gözüm nuru,Təğafül etmə, yetir bir o məh cəmalə məni.
Kəsildi tabü-təvanım, tükəndi aramım,Qərar-səbrim alıb, verdi qəmi-zəvalə məni.
Nə sən firaqə dözərdim, nə mən bu hicranə,Gəl indi vəslə yetiş, ya yetir vüsalə məni.
Yetiş harayıma, qəmdən məni xilas eylə.Yəqin ki, öldürər axır bu ahü-nalə məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-salibdi-mohneti-hicrin-bir-ozge-hale-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Hicrində, ey bağı, tökünüb tabu-taqətimHicrində, ey bağı, tökünüb tabu-taqətim,Gündən-günə ziyadə olub, dərdi-möhnətim.
Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanəFərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə,Ləbi-ləlin fərağında dönüb al qanə –alqanə.
Стихи других поэтов · О разлуке
Ağçınqıldan qalxan duman,Görüşünə yoxdu güman.
Zindani-qəmdə oldu gunum qarət ağlaramZindani-qəmdə oldu günüm qarət ağlaram,Sövdayi eşqində çəkib zillət ağlaram.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.