Çoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.

Çin-çin durubdu müşki-Xəta tək üzündə zülf,Ya əhli-bənd Misrə gəlib Zəngibardan.

Ol zülfi müşkbarə toxundu səba yeli,Müşki-Xətanı saldı əcəb etibardan.

Zülfün xəmində damə düşüb binəva könül,Aç bu əsiri, silsileyi-tabdardan.

Saqi, gətir o badeyi-gül rəngi məclisə,Yoxdur məgər sənin xəbərin növbahardan?

Billah rəva deyil, qala bu bəzm badəsiz,Yoxsa ayılmayıb belə saqi xumardan.

Dağı-dilim sənə o zaman aşikar olur,Düşsə səhər güzarın əgər lalezardan.

Ursan nə qədər yarə güvəradır aşiqə,Ey kaş həmişə yarə dəyər yarə yardan.

Gülzarə getmərəm, həvəsim yoxdu gülşənə,Əl çəkmərəm, sənin kimi bir gülzardan.

Getməz kənarə, tərk etməz gül məhəbbətin,Bülbül nə qədər incisə gülşəndə xardan.

Bəxtin qara olubdu sənin zülfi-tar tək,Sidqi, şikayət eyləmə bu ruzigardan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви