Hicrində, ey bağı, tökünüb tabu-taqətim,Gündən-günə ziyadə olub, dərdi-möhnətim.

Gizlin salıb xəyalə, sənsiz gizlin ağlaram,Artar xəyalıma səni saldıqca həsrətim.

Bir qoymadı zəmanə doyunca görüm səni,Qəlbimdə qaldı, ey bacı, qəmli hekayətim.

Bir də əgər əlim yetişsə, dameni tutam,Bu ruzigardan sənə çoxdur şikayətim.

Gər bir də qismət olsa, cəmalın ziyarəti,Onda mənim müyəssər olur, istirahətim.

Müddətlər ilə salasan yada ki məni,Səndən yəqin ölüncə kəsilməz məhəbbətim.

Gər söyləsən, neyçün mənə bir namə yazmadın,Səndən bu barədə, bağı, çoxdur xəcalətim.

Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin,Bir yan vilayət ayrılığı, dərdi-qürbətim.

Asudəlik mənə gecə-gündüz həram olub,Olsun qəsəm, o zülfə pərişandı halətim.

Yoxsa məhəbbətim sənə artıbdır günbəgün,Sidqi kimi nəhayətə yetməz məhəbbətim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке