İlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.

Gəhi şadəm, gəhi qəmgin, gəhi məsrur, gəh məhzun,Özüm də qalmışam heyran ki, yarəb, bu nə halətdir?

Qiyamət xalq üçün bir dəfə məhşərdə olur bərpa,Bu dünyada məni-biçarəyə hər gün qiyamətdir.

Məkanım künci-virane, məqamım guşeyi-vəhdət,Ənisü munisim dərdü qəmü cövr, əziyyətdir.

Səni tarı, səba, cananıma bu halı ərz eylə,Söylə, axır yetişdim cana, bəsdi, bu nə zillətdir?

Qərarü taqətim getdi, tükəndi səbrü aramım,Məgər rəhm etməsən zalım, nə insafü mürüvvətdir?

Nə qədər var idi tabım, dözərdim dərdi-hicranə,Dəxi tab-təvanım qalmayıb, hingami-rihlətdir.

Cəfa çəkdim, rəhi-eşqində, keçdim hər nə varımdan,Səni bildim vəfa kanı, lakin səhv qəvlətdir.

Cəfa çəkdikcə səndən zərrəcə inciməzəm hərgiz,Şikayət eyləsəm hər qədər bəxtimdən, şikayətdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви