Könül qafil deyil bu nemətin şükrü sənasından,Dilim sakin deyil bu mətləbin xeyrü duasından.

Gecə-gündüz səvadi – «Tərcüman» mənzuri-didəmdir,Savadi-çəşm nur almış acından, həm qarasından.

Cəridə bir kitabi-mərifətdir əhli-irfanə,Xüsusən «Tərcüman» məşhur olubdur ibtidasından.

Yetişdim arzuma, «Tərcüman» on yaşa yetdi,Açıldı qönçeyi-qəlbim onun nəşvü nümasından.

Nə müddətdir açıbdır səfheyi-afaqa övraqın,Münəvvər oldu çox yerlər onun nuri ziyasından.

Edibdir mülki-Qafqazı münəvvər ruzi-rövşən tək,Olubdur rəf zülmat cəhalət incilasından.

Nə qədri mübtəla başlar, nə qədri yuxulu gözlər,Oyandı xabi-qəflətdən onun siyətü sədasından.

Cənabi-naşirə çox müddət ömr istərəm həqdən,Cənabi-həqq onu hifz eyləsin hər bir bəlasından.

Təmənnasına daim nayil olsun, Kamyab olsun,Xəyalı cilvələnsin, xeyir görsün müddəasından.

Qələm alsın ələ, meydana qoysun cümlə əfkarın,Səfalansın könüllər könlünün zövqü səfasından.

Ümumun nəfinə bu babda bir babi-elm açmış,Hamı kəsbi-kamal eylər davamından, bəğasından.

Həmiyyətdən qəza xəyyati əndamına don biçmiş,Vəfa rəsmin edər təlim xalqa öz vəfasından.

Ola hər kimsədə məğbulü naməğbul bir halət,Görər əksin onun ayineyi-surətnümasından.

Gərək insan olan aləmdə insaniyyət axtarsın,Vəli hər kimsəyə baxsan, deyər öz macərasından

Dilü can ilə Sidqi «Tərcüman»a baxdı bir müddət,Behəmdulla, qurtardı aləmin çunü çərasından.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов