Содержание
  1. Ərzi-məxsus
  2. İxtar
  3. Minacat
  4. Qiraət
  5. Sübh namazı
  6. Tərbiyənin təfavütü
  7. Sitarə ilə xalası
  8. Ata və ana məhəbbəti
  9. İki bacının mükaliməsi
  10. Ədəbli və tərbiyəli Rübabə
  11. Validə məhəbbəti
  12. Bala tərbiyəti
  13. Ruqiyyənin söhbəti

Страница 3 из 4 · 50%

Ata və ana məhəbbəti

Nərgiz xanım ilə Qönçəbəyim bağçada dərslərinə məşğul ikən bağçanın divarında yuva tutmuş sərçələr civ-civ və cəh-cəh ilə balalarına dən gətirirdilər. Qöqçəbəyim dərsdən fariğ olub, sərçələrin hal və hərəkətinə və balalarına olan meyl və məhəbbətinə diqqətlə mütəvəcceh idi. Bu halda Nərgiz xanım da dərsini tamam edib, Qönçəbəyimə dedi ki:

  • A qız, Qönçə, bu sərçələrə baxıb, nə çox təəccüb edirsən?

  • Xanım bacı, əsla sərçələrə baxıb təəccüb etmirəm. Bunların bu qədər öz balalarına olan məhəbbətinə təəccüb edirəm.

  • Cəmi heyvanatın öz balasına olan məhəbbəti məlumdur. Bunda təəccüb yeri yoxdur. İnsanın da öz övladına olan məhəbbəti bunların məhəbbəti ilə bərabər ola bilərmi?

  • Bu qədər bil ki, insanın heyvanatdan ağıl və fərasəti, fəziləti və şərafəti nə qədər artıqsa, övladına olan məhəbbəti ondan dəxi artıqdır.

  • Nə səbəbə artıqdır?

  • Ondan ötrü ki, yumurtadan çıxmış bir quş ki, hənuz uçub getməyə qadir deyil, ata və anası toxumdan, qurddan, mirçəkdən və sair cücülərdən gətirib onları bəslər. Elə ki, bədəni və qanadları kamilən tüklənib pərvaz oldu, onlar dəxi özləri uçub, gedib ruzi axtarmağa başlar və anaları da onları mühafizə etməkdən asudə olurlar. Amma insan öz balasına on beş-iyirmi yaşına kimi pərvəriş verib, hər bir ləvazimatını tədarük eylər. Ondan sonra yenə həmişə onun hümmətinə və qəminə şərik olub, ömrünün axırına kimi balasının yolunda zəhmət çəkib can qoyar. Məazallah! Ata və anamızın haqqı nə böyükdür! Və nə qədər onlara iraət və məhəbbət etmək lazım gəlir!

İki bacının mükaliməsi

Bir gün İzzət öz böyük bacısı Səadət ilə analarının yanında çay içdikləri vaxtda bu günə söhbət edirdilər.

İzzət: - Bacı, bu gün cümə günü olduğuna görə mənim istirahət günümdür. Mən cümə gününü o biri günlərdən artıq sevirəm.

Səadət: - Sevgili İzzətim, əlbəttə, cümə günü o biri günlərdən şərif və möhtərəm gündür. Gərəkdir, onu əziz tutasan. Amma sən cümə gününü tətil günü olmaq cəhətinə görə sevirsən, elə deilmi?

  • Bəli, belədir. Çünki cümə günü olanda rahat-rahat əyləşirəm, gəzirəm, dolanıram, gəlinlərimi bəzəyirəm. Otağımı silib-süpürüb, şeylərimi düzürəm. Ev işlərinə əl yetirirəm, dərslərimi oxuyuram.

  • Bəs, nə üçün dərslərini lap axırda oxuyursan?

  • Şənbə gününün dərslərinə hazırlaşmaq üçün.

  • Bərəkəllah! Maşallah! Əlbəttə, gərək hazırlaşasan. Çünki o biri günlərin faydası sənə cümə günündən artıqdır. Elm təhsil etmək insanın əvvəlinci vəzifəsidir.

  • Elm təhsil etməkdən məqsəbimiz nədir? Bizlərə nə faydası var?

  • Balaca bacım! Sən hənuz kiçiksən. Elmin ləzzətini və faydasını necə ki, lazımdır bilməyirsən. Bu qədər bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz. Və insanın hər işində və əməlində elmə ehtiacı vardır. İnsanın fəziləti və heyvan ilə insanın təfavütü elm ilə bilinir. Sən də elm ədəb təhsil et, tainki dünya və axirətdə səadətmənd olasan.

Anası dedi: - Qızım, balaca İzzətim, bir vaxt olacaq ki, sən də bir dudmanın mürəbbisi və bir evin zəhmətkeşi olacaqsan. Əgər indi elm və tərbiyə kəsb etməyəsən, bəs, o zaman hansı fəzilət ilə fəxr edəcəksən? Və bir evin ümuratını necə dolandıracaqsan? Elm və tərbiyətə ehtiyacı olan övladına necə pərvəriş verəcəksən?

İzzət xanım bu sözləri eşitcək durub getdi, öz otağında dərslərinə məşğul oldu.

Ədəbli və tərbiyəli Rübabə

Rübabə xanım o qədər ədəbli və tərbiyətli qızdır ki, hər kəs onu görəndə, «kaş mənim də belə bir qızım olaydı» - deyib, arzu eylər. Rübabə hər bir hal və hərəkətdə əsla özgə qızlara bənzəməz. Ata-anasının hüzuruna gələndə və ya bir məclisə varid olanda və özündən böyükləri görəndə ədəb ilə salam verir. Bu az sinni ilə bərabər oxumaq və yazmağı kamilən bilməkdən savayı, nə qədər iş və tikiş öyrənibdir. Bunlardan əlavə, bişmiş bişirməkdə və sair səliqələrdə anası ilə bərabər iş görər. Ev işlərində o qədər üsul ilə dolanır ki, indiyə kimi rübabənin əlində bir şey sınmayıbdır. Məgər Rübabə təam ağzın doldurub tez-tez yeyir və yainki, üstünə tökür? Məgər Rübabə xanım çay və qəhvə içəndə nəlbəkiyə töküb püfləyə-püfləyə içir? Haşa! Hərgiz ondan belə hərəkət sadir olmaz. Hər kəs Rübabəni süfrə başında və çay içilən vaxt görsə, onun o ədəbanə hərəkətinə və nazikanə halətlərinə heyran qalıb, təəccüb eylər.

Rübabə həmişə öskürəndə, asqıranda və ya əsnəyəndə dəsmalını və əgər dəsmalı olmasa, əlini ağzına tutar. Heç vaxt barmağı ilə burnunu və qulağını qurdalamaz. Həmişə dırnaqları tutulmuş, əli və ayağı, üst-başı təmiz və pakizə olur. Doğrudan, Rübabə kimi qızların atası nə qədər xöşbəxt və xöşbəxtdir. Və onun anası nə əcəb bəxtəvər övrətdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов