Könül bir bülbüli-şeydadı, gül eşqində nalandır,Gözüm əbri-bəla tək qamətin hicrində giryandır.

Könül ol lalə tək rüxsarına baxdıqca dönər al qana,Əgər qan oldu, qanın tök, məgər bir qana min qandır.

Görüb xalın, qaçıb Fərhadvəş, lalə çıxıb dağa,Mənim tək dağı dağ üstə qoyub, qəlbində pünhandır.

Pərişan zülfə rəhm et, bəsdi, vurma ey pəri şanə,Pərilər şanəsindən binəva könlüm pərişandır.

Üzün «Vəş-şəms», qaşın «Vəl-qəmər vəl-leyl»dir zülfün,Camalın qüdrəti-xəllaqə bir təfsiri-Qurandır.

Gözün bəski baxıb, ceyran gözümdən göz götürməzdi,Gözümdə gözlərin əksi qalıb, baxsan nümayandır.

Özün canan, sözün can, gözlərin bir canalan cəllad,Bu can qurban o cana, can deil, bir cövhəri-candır.

Xəta müşkü nədən bəxti-siyahım tək olub qara?Dedi: – Ol danəyi-duxxanın xətayi-zülfi-canandır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви