Cana, bu sözlərin məni çox gətirdi riqqətə
Cana, bu sözlərin məni çox gətirdi riqqətə,Amma necə davam eyləyim dərdi-firqətə?
Bu dərdə bilmirəm bizi kim etdi mübtəla?Matü müəttələm, mən özüm bu məhəbbətə.
Qurtar məni, xilas eylə Allah rzasına,Didarımız qalacaqdır məgər qiyamətə?
Qəm güşəsində nalə çəkim mən nə vaxtadək?Min canım olsa, tab eyləməz bu müsibətə.
Allah görüm xarab eyləsin bu vilayəti,Lənət gələ bu ruzigarə, bu növ vilayətə!
Çarəm kəsildi, eyləmədin sən də bir əlac,İndi kimə gedim mən əlindən şikayətə?
Dərdi-dilimi kağıza yazmaq mahaldır,Billah, kitabətlə yetişməz nihayətə.
Bir rəmz, bir işarə kifayətdir arifə,Lazım deyil şərh verim bu hekayətə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-cana-bu-sozlerin-meni-cox-getirdi-riqqete
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqiYenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradırƏcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır,Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır.
Стихи других поэтов
Mus: Oqtay Kazıminindir*Dünya bir nəğmə idi, dünya bir yuxu idi,
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.