Bir məqamda üç çağlayan görmüşəm,Biri mizrab, biri pərdə, biri sim.Bir aləmdə üç çağlayan görmüşəm,Biri mənəm, biri sənsən, biri kim?

Qartal olsam qanadımı salardım,Palıd olsam, böyrü üstə qalardım.Bir dağ olsam, yanıb külə dönərdim.Günəş olsam bir nəfəsə sönərdim,İnsan idim yavaş-yavaş əridim.

Gözdən uzaq, qəlbə yaxın olan yar,Bu dünyada üç sinəsi dağlı var –Biri mənəm, biri sənsən, biri kim?

Günəş olsam birdən-birə sönərdim,İnsan idim, yavaş-yavaş əridim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов