Vərqa olar ilə xeyrbadi,Qıldı dutuban təriqi-vadi.Bir mil anın ilə ol cəhandar,Həmrah oluban qayıtdı naçar.Bir qul özü ilə aldı həmrah,Düşdü yola, getdi yalquz ol şah.Bəhruz idi ol qulam nami,Qabil özü, şəhdlü kəlami.Getdi demə aşiqi-diləfgar,Necə qoya gedə kuyi-dildar?!Aşiq dəri-yari tərk edərmi?Pa getdisə gərçi dil gedərmi?At sürdü yetüb o mərğzarə,Kim dərdinə anda oldu çarə.Salduğda nəzər o sərzəminə,Eşq eylədi zur o dilğəminə.Pəs dedi ona ki, narəvadur,Mundan etmək sənə xətadur.

Can munda bu müşti-üstixani,Qanda aparursan, ey filani?!Ağuş açasan bu yerdə xakə,Gər yetə xəbər o dərdnakə.Əlbəttə, gəlüb edər güzari,Firdövs qılar o sər məzari.Şərməndəligin bəs aşinadən,Qurtar özünü qəmü bəladən.Tale sənə qılmaz oldu yari,Necə çəkəsən bu zillü xari.Bu sə’yi-bəltğü ciddi-vafir,Səndin qəmu xəlqə oldu zahir.Tikdün yenə göz ki, verə vayə,Oldu qəmusu ziyani-mayə.Pəs belə həyatdan nə hasil?Yekdür olasan bəqayə vasil.Açgil yüzünə dəri-bəqani,Qət’ eylə bu ülfəti-fənani.De kim girdi bu xakdanə,Nakam ani qoymadı zəmanə,Qıldı təni can ilə nifaqi,Artıldı bəqayə iştiyaqi,Şayəd yetürə bu müddəasın,Göndərdi əliqə çarvasın.Pəs aldı vüzuvü durdu razə,Yüz dutdu təriqeyi-niyazə.İxlas ilə bağladı iqamət,Xətm olduqda səlati-hacət.Baş qoydu o canfəda zəminə,Ta nəqdini tapşura əminə,Gönlüdəki razə düzdü sazın,Ərz eylədi xaliqə niyazın.Key padşəhi-səriri-həsti,Yıxdı məni cövri-tənpərəsti.Ta necə verə vücudim azar,Azarə necə olam giriftar,Gəsgil tənü canın irtibatın,Qət’ eylə rüsumi-ixtilatın.

Rəf et bu vücuddən nişani,Cansız nedirəm dəxi mən ani.Can yaxşıdur, ər görürsə canan,Nə faidə ola vəslisiz can?Lütfinlə çıxar məni kəranə,Bənd etmə bu qeydi cismü canə.Götürdü könül dil arzudin,Döndərdi həvəs o rəngü budin.Bu dar ki, xaneyi-həvəsdür,Tərki-həvəs edəlüm ki, bəsdür.Necə bu sipəhri-şö’bədəbazHər dəm mənə bir füsun edə saz.Ta necə olam əsiri-hicran,Dövr etmiyə rayim ilə dövran.Gər qövldə sadiqəm ilahi,Pozgil bu büsatü dəstgahi,Vər kazib isəm məni-cigərxar,Qoygil çəkəyim bəlavü azarBu sözdə idi gedüb şüuri,Getdi yelə ol çırağ nuri.Pak olduğidin anın duasi,Bitürdi ona nədür rizasi.Sərməşqi-fənadin aldı tə’lim,Can qabizi-ruhə qıldı təslim.Can mürği gözətdi aşiyanın,Dinləndi çü buldu öz məkanın.Tən eylədi rəncini fəramuş,Bin zövq ilə xakə oldu həmduş.Qurtuldu o düşdügü bəladən,Əmn oldu bu çəkdügü cəfadən.Bir oldu ona vüsalü hicran,Dərdi-dilinə yetişdi dərman.Bu növ ilədür cəhan mədari,Ta verdi alur, budur qərari.Kim qoydu qədəm bu xakdanə,Kol getməgə olmadı nişanə.

Hasil ki, o sərvi-baği-möhnət,Səbz eylədi çünki bərgi-rehlət.Bəhruz gəzüb bir-iki saət,Ta ağası qıla fərağət.Gəldi ki, ani qıla xəbərdar,Dur atlana gör ki, doydu rəhvar.Nə gördü baxub o novcəvani,Qılmış yelə mürği-zindəgani.Yırtdı yaxasını, açdı başın,Can göydürübən axıtdı yaşın.Düşdü o kəmali-iztirarə,Ta necə o dərdə edə çarə.Gər getsə, xəbər aparsa şahə,Qorxur ki, yetə gəzənd o mahə.Gər saxlamağa durur o kani,Təchiz gəlüb kim eylər ani.Nagah bu iki bəla düçari,Eylərkən ağası üzrə zari.Bir qafilə gördü, oldu peydaArturdu pəs ol fəğanü qövğa.Çün qafilə əhli duydular hal,Təchizinə cümlə açdılar bal.Ta göz açasan o lö’löyi-nab,Oldu batub anda qərqi-girdab.Cövhər yenə övd qıldı kanə,Fəxr etdi o kan nöh asimanə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов