Yetüb əmrə hümam, ilqar ilə cəng etdigidür bu
Duyduqda xəbər şəhü sipahi,Ol vaqiə rəmzini kəmahiYığdurdi əsakirin təmami,Atlandı pəs ol hümami-nami.Mən’ eylədi şan o şəhryari,Kim istəyə qeyridən o yari?!Te’dadi-əsakir etdi nazir,On iki min ər yazıldı hazir.İlqar ilə dutdu rahi-birah,Yol kəsdi tülu’i-sübhədək şah.Rəf eylədi pərdə çöhreyi-hur,Afaqə buraxdı pərtovi-nur.Bir məş’ələ oldu aşkarə,Gizləndi ziyasidə şərarə.Göründü dəmi-səhər güşadi,Orduyi-müxalifin səvadi.Gürdani-Büneyni-Şeybə yekdil,Düşmənlərini görüb müqabil,Çün ləşkərdə nəvərdi-tə’cil,Kəsmişdi o gecə rah otuz mil.Sürməkdə ikən səməndi-ğeyrət,Aramiş içün göründü fürsət.Düşdülərü qondular bərabər,Ta dinlənə bir dəm anda ləşkər.
Bir az saət bulardin əqdəm,Ol mənzilə Əmr düşdü məqdəm.Düşmüş qıla bir zaman fərağət,Rənci-səfərindən istirahət,Dəxi görə ol pəri misali,Nuş eyləyə badeyi-vüsali.Əmn olmuş idi hümamü əskər,Yetməz ona olsa badi-sərsər.Gərçi o müxalifi-rəhi-həq,Almazdı gözə əduyi mütləq.Verdilər ona xəbər ki, ey şah,Düşmən bizə yetdi olgil agah,Güldü dedi: – Olmayın müşəvvəş,Onlar xəsi-xüşkdür, mən atəş.Bir şö’lədə yanduram təmami,Vərqa ilə öldürəm Hümami.Bəxt olsa əgər rəfiqü yarım,Ol vəhşi durur mənim şikarım.Çün var idi qayəti-qüruri,Həm kəsrətidin dili-hüzuri.Əmr eylədi atlana sipahi,Ta bağlıya düşməninə rahi.Ol müşriki-müdbiri-firəngi,Əvvəl özü geydi sazi-cəngi.Fuladə girüb çü kani-cövhər,Tərtib üzə qıldı dər’ü miğfər.Əsbani-cədəl çəkildi zinə,Qovğayi-süheyli-rəxş kinə.Çaldı orada nəfiri-suri,Göstərdi nişaneyi-nüşuri.Əsbabi-cidal olub mürəttəb,Dərya kimi cuşə gəldi mövkəb.Gürdani-mübarizi-cidali,Baş kəsməgə bağlayub xəyali.Ol qaidi-ləşkəri-zəlalət,Çaldurdu nəfirü açdı rayət.Məhmiz urub ol səməndi-lafə.
Girdi özü mə’rəzi-məsafə.Çağırdı ki, ey rəisi-əhya,Bu ləşkərə qılgilən təmaşa.Salmış əcəlin səni bu rahə,Baxgil gözünü açub sipahə.Başında nədür xəyali-xamın,Nə fikirdə əqli-natəmamın.İnsaf dilər bu iki ləşkər,Bir-birə neçün olur bərabər?!İlğar ilə kəsdiyimdə rahi,Azmış qəmu ləşkərü sipahi.Qılsan yarın olar nəbərdi,Bu gün mənü sən cidali-mərdi.Gəl verməyəlüm cidayə azar,Bu ləşkəri edəlüm səbükbar.Hər kim birin olsa zirdəsti,Olsun o cəmaətin şikəsti.Gər mərdsən etməgil bəhanə,Qoygil tez özün qədəm miyanə.Vərqa ki, eşitdi ol məqali,Bildi nədür atanın xəyali.Durub anın oldu səddi-rahi,Düzdü özü cəngə dəstgahi.Atayə der, ey mənim pənahım,Hər nayibədə ümidgahım.Sən saxla cinahü qəlbi-ləşkər,Vərqani cidalə qıl müqərrər.Qanda aparım bu nəngü ari,Sən cəngdə, mən dutam kənari.İgidlərədür cədəl münasib,Ol cinnə mənəm şəhabi-saqib.Kəm görmə məni, əduni büsyar,Yandurdu şərarə püşteyi-xar.Xəlq içidə bu məsəldürür faş,Min qarqaya bəs atanda bir daş.Zahir bu qəmuyə zəhri-kari,Bir od qiyəsi yıxar həzari.
Bəlli dağıdur açanda bəndi,Bir gürg həzar gusfəndi.Xur zib verəndə ruyi-karə,Əncüm gəlməz dəxi şümarə.Əmrə verəm eylə guşmali,Unuda cənub ilə şimali.Mə’zurdur ol zəman həyca,Görmüş özünü aradə tənha.Gər ərsədə görməz olsa bəbriRubah edə də’viyi hüjəbri.Qəm çəkmə anın mənəm ədili,Bəsdür ona zərbi-müşt səbili.Sayə ona salsa zilli-miğim,Bir loğma qılar nəhəng tiğim.Var cövhəri-tiğimə hüveyda,Tuğrayi-bərati-ömri-ə’da,Qılsa yələ navəkim iqabın,Ta göz açasan alur əzabın.Bir zərb ona tapşuram əmanət,Bilsin ki, necə olur xəyanət!Gər kuh isə gürz ilə qılam kah,Getdim mənə himmət eylə həmrah.Çün gördü hümam o dilnəjəndi,Olmuş o xəyal paybəndi.Lütf ilə nəsihət etdi ağaz,Ol razə müvafiq eyləyüb saz,Til açdı ki, ey mənim rəvanım,Vey qüvvəti-cani-natəvanım,Zinhar bu sözdən açmagil ləb,Qaim sanadur nizami-mənsəb.Mən cümleyi-ləşkəri-tüfeylin,Rəhm et mənə saxla rəxşi-meylin.Zinhar sənə həzar, zinhar,Gər mur isə görmə düşməni xar.Təxsis bu mərdi-ruyi-meydan,Cəng eyləməgi degüldür asanÇün od salmış o solü sağə,Çox sərləri salmış ol ayağə.
Çox tacdən ol qapub otaqə,Çox vəsli yetürmüş ol fəraqə.Əksər işi hiylədür cidalın,Kim məşq durur ona xəyalın.Hərçənd nihal ola tənumənd,Təhriki-səba qılur ani bənd.Çün bağda nəxl ola kehin sal,Təğyir ona sərsər etməz əhval.Gər zahiri pirü natəvanəm,Batində pələngə həminanəm.Gər çəngi-kühulətə əsirəm,Adabi-cidalə gürgi-pirəm.Ey canım oğul, bu quli-çəngi,Çağırdı savaşa mən nəhəngi.De muni qəbul edərmi qeyrət,Düşmən durub edə ərzi-sovlət?!Xahan məni mən buram inani,Salam ol arayə tərcümani.Yox varmamaqa mənim əlacım,Bu şərbəti istəməz məzacım.Vacib içmək meyi-fəraqi,Kim oldu degil cəhandə baqi?!Gər buzsa qəza düzən misali,Sən ol məlikü sərirə vali.Çün bal aça dövlətə hümayın,Qılgil nədür iqtizayi-rayın?!Bu gənci alub bozam tilisminZində qılubən cidal rəsmin,Gər ruzəyə qalmış abü danə,İqbalıma yar ola zəmanə,Geymək tənə mərdlik libasi,Asan degil, ey gözüm qərasi!Ər bilməsə qeyri-bəzmü badəDe övrətədür nəsi ziyadə?!Yetdükdə nəsihəti kəmalə,Tapşurdu durub ani Hilalə.Geydi tənə cövşəni-təharət,Tökdü yanına silahü alət.
Pəs özüni çulqayub hərirə,Səd bağladı rahi-tiğü tirə.Sancub belə xəncəri-cigərxar,Çün qəmzeyi-çeşmi-məsti-dildar.Geydi bir dər’ ol güzidə,Çün çeşmi-xürusi-təngdidə.Ni ni, o nəhəngi-adəmi-xar,Rəzmində fülusin etdi izhar.Qoydu başa beyzə ol yeganə,Çün xudi-mürəsseyi-zəmanə,Asdı belə tiği-abdari,Çün bariqeyi-şəbi-bəhari.Asudəliqində kani-cövhər,Cünbişdə xuri-səmayə həmsər.Qüttal özü şərbəti həlahil,Saqi camında zəhri-qatil.Tir ilə kəmanə yetdi fərman,Bağlandı sadaq, asıldı qərban.Tirkeş demə bir dəhani-əjdər,Peykan ona nabi-zəhrpərvərQərban demə ğar bil o cayi,Sö’bani-bəla içində yayi.Ta dəf’ edə düşmənin ziyanınAldı ələ əf’iyi-sinanın,Çün hərbeyi-dideyi-əzabi,Xunabi-cigərdin abü tabi.Çignində sipər, sipəhrdür mehr,Məh qübbəvü çərx dövrü xur çehr.Ol sayeyi-gürz, məğzi-xayi,Eylər kimə düşsə can rübayi.Həmlə günü salsa badi-peykər,Kuhi qıla kahilə bərabər.Mindi o səməndi-badpayə,Saldı çərxə hümay sayə.Nə rəxş ki, ol üqabi-meydan,Çün badeyi-vəhm tündseyran.Qovğa günü səm çalub zəminə,Yetürdü simak payi-zinə.
Cövlan verüb ol həjəbri-navərd,Əflakə yetürdi abdin gərd.Çün şir görə şikari-guri,Arturdi ona qüruri-şuri.Yanar od tək saçub şərarə,Yetişdi o Əmri-nabəkarə.Çağırdı ki, ey şərirü bədkar,Gəldi əcəl ölgilən xəbərdar.Ey müşrikü xayinü mücahid,Vin suqdə bəs mətayi-kasid.Kimsən yetüşür kimə nijadın,Elin kimü qandadür biladın?Oğruluq ilə keçən mədari,Kim ola özü, nə e’tibari?!Namərd dutar oğurluğa rah,Fe’lin onadur dəlili-cagah.Kim heyf edə sakini-hicazə,Yetməz o nəmazdin niyazə.Bu şivə ki, səndən oldu zahir,Əcrini onun bularsan axir.Ey gürg rüxü şəğal şivə,Qürrə oluban bu məkrü rivə.Qafil dutuban rəhi-xəsarət,Aldun ələ tiği-qətlü qarət.Ol səhl ola dur bu gün bərabər,Gör qüvvəti-tiğü zərbi-xəncər.Əldən qoymaz səni bu düşmən,Durgil öz-özünə eylə şivən.Üzdü səni kəsrətin qüruri,Düzdü sənə nəkbətin bu şuri.Qafil bu kəlami-hikmətindən,Kəm min fisətin qəlilətindən.Var ləşkərim içrə çox dilavər,Hər birisi on sənə bərabər.Ədnasinə eyləsəm işarə,Səndin qoparur gögə şərarə.Hala mənəm od bəlayi-canın,Bu ərsədə qabizi-rəvanın.
Muni deyibən götürdü nizə,Əmr ilə durub rəhi-sitizə.Yüz həmlə olundu nikü ya bəd,Nikü bəd özündən eylədi rəd.Ol iki pələngə artdı sovlət,Tir ilə kəmanə yetdi növbət.Durdu məh alub ələ hilalın,Seyd etməgə çərx açdı balın.Bir-birinə ol səhabi-neysan,Yağdurdu təgərg tiri-baran.Cəng etdi iki bəla düçari,Ta mardan oldu qar xali.Şəmşirə yetişdi növbəti-cəng,Timsah şikarə qıldı ahəng.Əmr əvvəl o şahə çaldı şəmşir,Döndərmədi yüz o zərbədin şir.Qol qavzadi başə çəkdi qalxan,Rədd eylədi ol bəlani asan.Növbət çü yetişdi ol Hümamə,Kar etmədi tiği cirmi-xamə.Çalışdı ol iki mərdi-meydan,Ta sındı qılıc, uşandı, qalxan.Bir-birə ol iki kuhi-ƏlbürzÇün kubeyi-pütk çaldılar gürz.Necə ki, uruldu zərbi-cansuz,Olmadı biri-birinə firuz.Yandurmağa dökdilər şərarə.Heç birinə batmadı sitarə.Verdi ol iki cidal dadin,Birdən biri bulmadı muradin.Baqmaqda olarə dustü düşmən,Ta kimə qıla zəmanə şivən,İqbal kimə verə kəvahi,Kimnin ola kəştisi təbahi,Ta cəngi-züha yetişdi şamə,Göstərmədi fəth ru hüsamə.Heç birisi olmadı müzəffər,Asayişə təbl çaldı ləşkər.
Hər birisi gözlədi məqamın,Saxladı dolu əlində camın.Bilməz ol iki cədəl figari,Yarın kimə tale edə yari.Ta yetdi çü ol əduyi-bidin,Amaci-xədəngi-ahü nifrin.Qondu yenə düşdügi məqamə,Eyş etməgə sayə saldı camə.Nəsb eylədi hər tərəf qəravül,Ta yetmiyə onlara tətavül.Açub yerə qoydu dər’ü miğfər,Yığdurdu xəvasini sərasər.Sazəndələr əl uzatdı sazə,Bazində durub rəhi-niyazə.Sər səcdəyə xəm qılub sürahi,Dökdi qədəhə sirişki-rahi.Başlar qızdı gedüb güdurət,Rəf’ oldu xəyaldin xüsumət.Çıxdı başa şuri-nə’şeyi-cam,Əksildi qərarü getdi aram.Ol müşriki-qurnazi-neyranDilsuxteyi-əzabi-hicran,İltin-dedi-ol səmən üzari,Ta şad edəyim dili-figari.Necə ola həm visaqi-hicri,Ola ki, görəm fəraqi-hicriŞövqi məni yıxdı qayibanə,Oldum qəmu dillərə fəsanə.İmdi ki, vüsalə yox məvane’Mümkünmi olam xəyalə qane’?!Çəkdi nəzərə güli-rəqibi,Şad etməgə cani-əndəlibi.Hər kim ki, göz açdı gördü ani,Qoydu həvəs atəşinə cani.Çün Əmr ona eylədi nəzarə,Can caməsin etdə parə-parə.Hər vəsf ki, eyləmişdi vəssaf,Gördü verdi qəmuyə insaf.
İstərdi özünə qıla dəmsaz,Lütf ilə kəlamə qıldı ağaz.Ərz eylədi gəncü tökdü mali,Gülşa baxub açmadı cəmali.Hərçənd ona qıldı nikxuliq,Dilcuyliqü güşadə ruliq.Eşitmədi hərfi-nasəvabın,Aldanmadı vermədi cəvabın.Hərçənd görür ədudən ülfət,Dutur Gülşa təriqi-külfət.Açmaz yüzə babi-ixtilati,Almaz gözə məhfili-nişati.Xatirdə həmin həvayi-yari,Ol qəmdə xəyal qəmgüsari.Həmdəm ona ahının səğiri,Həmxanə o vəz’i-nagüziri.Xunabi-sirişk edüb rəvanə,Gövhər dağudurdi ruyi-kanə.Ağlardı anub o təngi-halın,Bilməz necəsi olan məalın.Gördü çü o quli-div surət,Ol vəhşət ona verür küdurət,Yetməz ona iztirabdən kam,Səbr eyləyübən buraxdı ibram.Dedi neçə gün qılam müdara,Şayəd kəm ola bu suzü sövda,Mə’zurdur ol sənəm bu halə,Dil verməsə gər bu qilü qalə,Ayrılmış atadənü anadən,Qət’ olmuş ümidi aşinadən.Getdükdə çü qaim ola ülfət,Ülfət o gün olmağa nə minnət?..Görsə ölü Vərqavü Hümami,Püxtə ola ol xəyali-xami.Aşiq necə olsa səngi-xara,Mə’şuqə yəqin qılar müdara.
Artux ona qılmayub cəfani,Tapşurdi əminə yenlə ani.Əmr içdi neçə qədəh peyapey,Saldı ani xakə hiddəti-mey,Məst oldu şərabü düşdi saqi,Hər kim dutdi rəhi-visaqi.Gülşayi-həriqi-nari-hirman,Olmuş o bəla içində nalan,Yığlardı görüb o macərani,Ta uyxuladı nigahbani.Çün gözlərə xab urdi mismar,Əncüm sifəti o qaldı bidar.Gəh taleyidən edər şikayət,Gəh öz-özünə qılar hekayət.Gəh pənd verür dili-figarə,Gəh dərd deyər xəyali-yarə.Söylərdi ki, ey tən içrə canımVey qüvvəti-cismi-natəvanım.Göz nurivü sinəmin süruri,Yadın qəmu xatirim hüzuri,Gəl gör nə bəlayeəm giriftarƏlhəq mənə rəhmdür səzavar,Ol pa ki çəkərdi güldən azar,Zəncirə olupdurur giriftar.Ol əl kona düşsə sayeyi-cam,Zahir olur idi rənci-cümmam,Bu dünara bağludur qəfayə,Düşmüş o şigəncədin cəfayə.Gəl bir xəbər al bu cismü təndin,Azürdeyi-tari-pirəhəndin.Dil necə dəxi verə sükunə,Bağlu görə öznü bü sütunə.Ol fərqə hərir edərdi maliş,Duş olmuş ona bu gecə baliş.
Ol gərdənə vəqti-eyşü gəlubəndZəncirlər oldu bari-gərdən,Çulqamış o gənci mari-ahən.Bilmən nədurur sənin xəyalın,Bu dünara bəhcətü məlalın.Dur rəf’ edə gör bu suzü dərdi,Zahir qıluban nişani mərdi.Yatmış hala təmam yaği,Yetgil mənə, ey gözüm çiraği.Bulmaq diləsən məni-zəlili,Ahim şərəri qılur dəlili.Məndən sənə dərd qılmaq izhar,Dur yatma əgər məhəbbətin var.Gəlgil diləyib mədəd xudadən,Qurtar məni kami-əjdəhadən.Bu bir qəzəli münasib ol mah,Saət-saət oxur çəküb ah.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-yetub-emre-humam-ilqar-ile-ceng-etdigidur-bu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqi, məni yıxdı ehtiyacım,Qəm eylədi münqəlib məzacım.
Bu, Gülşayi-həzinin anasilə macərasidürÇün sağəri-badeyi-vüsalın,Yə’ni anası o məh xisalın,
Budur, Gülşayi-nakamın vəsiyyət qılduğu sərvəÇün gəldi özünə ol vəfadar,Bildi yoxdur əlaci-bimar.
Hiç kim, ya rəb mənim tək didə pürxun olmasınHiç kim, ya rəb mənim tək didə pürxun olmasın,Duzəqi-ümmid sınmış, qərqi-Ceyhun olmasın.
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.