Hiç kim, ya rəb mənim tək didə pürxun olmasın
Hiç kim, ya rəb mənim tək didə pürxun olmasın,Duzəqi-ümmid sınmış, qərqi-Ceyhun olmasın.Rütbeyi-idbar ali, payeyi-iqbal pəst,Şərtəsi kəm, taleyi dun, bəxti varun olmasın.Xərməni-sə’yin yığub, silabə vermişlər kimi,Hasili-ömri ziyanü mayə məğbun olmasın.Bu siyəh bəxti-əzəl getdükcə oldu müstəməndKimsənin əhvalı əvvəldən digərgun olmasın.Kim tə’ami xuni-dil olsa, şərabi dərdü qəm,Nigər içün, naseha, ol necə məhzun olmasın.Görsən ər bu bağara, ey Sərv, o gül rüxsarımıSöyləgil kim bağban keydinə məftun olmasın.Çün Məsihi, guşeyi-qəmdə bəla ərbabıyam,Mülkəti-Cəm, təxti-Dara, gənci-Qarun olmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-hic-kim-ya-reb-menim-tek-dide-purxun-olmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Key mah nədür sənin xəyalın,Gəh naqisü gəh olan kəmalın?
Bu, Vərqanın Ütaridlə təriqi-macərasudurNetdim sana ey dəbiri-aləm,Vey səfhənəvisi-fərdi-adəm.
Bu, Vərqa Zöhrəyə içirdigidür cami-zəhraludEy kamili-şiveyi-əğani,Sazəndeyi-bəzmi-kamrani.
Bu, Vərqanın kəlilək babını xurşidə açmaqdurPəs dedi ona qılub nəzarə,Key sərvəri-zümreyi-sitarə,