Bu, Möhsün şahə verməgdür o Gülşayi-niku nami
Çün anəsi gəldi ol nigari,Gördü ki, qılar fəğanü zari.Qıldı ona yenlədin nəsihət,Bəlk eylədi zəmnidə fəzihət,
Der: yoxdur oğul-qız ixtiyari,Atə-anə səndədür məhari.Gəl bozma bu işdə öz rəvacın.Yox qeyrə qəbuldən əlacın.Gör şanını ərz saxlə zinhar,Qədr arturü düz bu qəddə ru kar.Qədri-qəməri yetür kəmalə,Qəd əgməgi nəqsdür hilalə.Al ayinə, düz özün bu əsbab,Çəkməkdədür intizari-əhbab,Gülşa dedi: ey əduyi-canım,Peyvəstə müəzzibi-rəvanım.Qoygil bu məni siyah bəxti,Nəylə çəkəyim müdam rəxti,Yox qazəyə meyli-cüstü cuyim,Yaşım düzə gəldi rəngi-ruyim.Çəkməz dəxi didə sürmədin bar,Ta görmüyə gözdə meyldin xar.Kur olsa yeg o çeşmi-zaği,Gülsüz dəxi görmüyə bu baği.Düzmən yüzə əqdi-xali-neyli,Pəs rəngi-kəbud, zərbi-seyli.Qaş vəsməyə necə qılsın ahəng,Şəmşiri-məsafə eybdür rəng.Meyl etməz üzüm səfid abə,Zira ki, nəmək gərək kəbabəPəs əldə degilmi xuni-yarə,Dil verəm anı qoyub nigarə.Lö’lö yüzə düzməgin xəyali,Yox daneyi-əşk, bəs ləali?!Salman dəxi mən zücacə sayəVermək nə rəva rəqibə vayə?Ayinəyə yeg verəm şikəsti,Yıxdı məni küfri-xudpərəsti.Ərz etmə libasi-sürxü zərdi,Vermə özünə, mənə bu dərdi.
Bəs zərdiyi-guneyi-zərirəm,Sürxiyi-sirişki-nagüzirəm,Qoy qaliyeyi-siyah ruyi,Doldurma ol abdan səbuyi.Bəsdür mənə qarəyüzlük adi,Bu matəmdə nədür bu şadi?!Bir sər ki, kəsilməgə səzavar,Olsa dəxi ətri neylər, ey yar?Açman ona zülfi-piçü pürpiç,Duydum ki, məali-kardur hiç.Açman dəxi zülfü saçdin tar,Dağılmaya ta ki, ləşkəri-mar.Hər tarına bağlu can firavan.Bəs qılmağı anları pərişan.Yox bəndə həvayi-fərqbəndi,Bu pəstligimdə sərbüləndi.Bel bağlıyub açmanam həmayil,Zinət belə düzmənəm şəmayil.Anlar muni əhli-dərd naçar,Bu cümlə əbəsdür olmasa yar.Hər zinətə anə qoydu əngüşt,Döndərdi o bir bəhanədin püşt.Olsa biri fərqi-hüsn baci,Məşşatəyə olmaz ehtiyaci.Şahid kimi qılsa zibü zinət,Dilbər kimdür duyar təbiət.Zinətsiz o fitneyi-zəmanə,Od saldı zəminü asimanə.Aldı dili-çərxdən fəraği,Var hala həm cigərdə daği.Baxduqdə yüzünə çərxi-ə’zəm,Pabusinə qıldı qamətin xəm.Kim qıldı nəzər o məhliqayə,Həmsayəligi itürdi sayə.Durub o gecə Hilali-naçar,Ta duyməyə ani yarü əğyar.
Bəxtilərə bağlayub kəcavə,Ol nəqdi-vəfanı verdi lavə.Gül getdi, bozuldu baği-işrət,Bülbüllərə qaldı daği-həsrət.Zülmət qalub etdi abi-hevan,Yusif gedübən yıxıldı Kən’an.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-mohsun-sahe-vermegdur-o-gulsayi-niku-nami
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqi, məni aldı iştiyağım,Yıxdı qəmi-şiddəti-fəraqım.
Hiç kim, yarəb, mənə nisbət digərgun olmasınHiç kim, yarəb, mənə nisbət digərgun olmasın,Dil pərişan, sinə büryan, didə pürxun olmasın.
Budur, Vərqayə ol keydi-qəmərdən Sərvin əxbariƏfqan edüb ol sitəm rəsidə,Heç ruy ilə olmaz aramidə.
Bu, Vərqa getməgidür Şaməvü zəngilərin cəngiYalquz yola düşdü ol cəhantab,Şayəd içə nəhri-Şamdən ab.