Hiç kim, yarəb, mənə nisbət digərgun olmasın,Dil pərişan, sinə büryan, didə pürxun olmasın.Dəhri-pirin hiyləsindən hiç kafir mən kimi,Paybəndi-rişteyi-səd məkrü əfsun olmasın.İstəmən dirlik əgər bilfərz olursa yarsız,Höqqeyi-dildə vəfadən qeyri mə’cun olmasın.Cilveyi-qəddi nihali-bağ-ara ər olmasa,

Sayeyi-şümşadü najü sərvü mövzun olmasın.Böylə qanuni-müxalif gər ola üşşaq ara,Görəyim ol ləhzə qan olsun, bu qanun olmasın.Çün cəfavü cövr çəkmək lazımıdur aşiqin?Səhlidür qoy mən çəkim cananə məhzun olmasın.Dərdi-hicri fariğ etmiş cümlə qəmdin can evin,Bu Məsihi necəsi ol dərdə məmnun olmasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви