Çün şahə yetişdi gənci-məqsud,Mənzur olunub kəlami-mə’hud.Qıldı olar ilə xeyrbadi,Ordu köçülüb boşandı vadi.Əmma ki, müqərrər eylədi şah,Hər gün gedilə bir-iki gün rah.Ol Xosrovi-təxt, məliki-azərm,Qılmışdı əgərçi şövq anı gərm,Tə’cil etməzdi arzuyə,Ləb açmaz idi o göftguyə.İstərdi yetəndə təxti-Şamə,Asayiş ilə irişə kamə.Yox ikisinin dəxi bu şani,Yolda görə ol muni, bu ani.Əlbəttə, o eyşi edə kutah,Azari-səfər, məşəqqəti-rah.Əmma şəh unutmayub nigarın,Pürsiş qılub istəşürdi yarın.Dilcuyluq eyləyüb firavan,Bin lütf ilə göstərürdi ehsan.Düzmüşdü nigarə aləti-eyş,Yox yerə vəleyk haləti-eyş,Gəlməzdi gözünə eyşü işrət,Ol işrətdin dutardı nifrət.Getmişdi əldən ixtiyari,Bilməz ki, nolur məali-kari.

Qəm almış anın qərarü səbrin,Göstərmiş ona təmam cəbrin.Saət-saət xəyali-Vərqa,Biçarəyə artururdu sövda.Gəh bixud olub gedər özündən,Gəh yox xəbəridin sözündən.Gahi gün ötər ki, ləb kəlamə,Açmaz, əl uzatmaz ol tə’amə.Əksər gecələrdə ol giriftar,Ta sübhə dəkin qalurdu bidar.Giryə ona verməz idi möhlət,Ta kim aça birə çeşmi-ülfət.Tutiləri ol hərəmsəranın,Gül ruyləri o bustanın,Vaqif qəmu oldular o halə,Gün-gündən o məh dönər hilalə,Ərz eylədilər ki, ey cəhandar,Xatuni-hərəmsəradur əfkar.Bu nəhc ilə gər ötərsə hali,Tez ola o kamilin zəvali.Ol fitneyi-cismü canə afət,Almaz qulağə hədisi-rafət.Şəh verdi cəvab o macəradən,Ayrılmış atadənü anadən.Əldən getmiş diyarü yari,Var anlar içün bu iztirari,Bir neçə gün ötcək o məhru,Axir ki, dutar bu cəm ilə xu.Qət’ olmağı ol büləndü pəsti,Göstərdi təriqi-təngdəsti.Çün Şamə yetişdi mövkəbi-şah,İqbal rəfiqü bəxt həmrah,Bir həftə bəzəndi şəhrü bazar,Rahət yığılub dağıldı azar.Axır olduqda rəsmi-ayin,Alındı səfa, verildi təhsin.Rəf oldu qəmu məşəqqəti-rah,Şah elədi meyli-vəsli-Gülşah.

Bəs qıldı o sayəsi səadət,Zic açdurub ixtiyari-saət,Fərxəndə zəman, şərəflü həngam,Durdu ala ta ki, vəsldin kam.Düşdü o hərəmsərayə fəryad,Xali ola həclə gəldi damad.Amadə olun, yetişdi mehman,Xızr istəyü gəldi-abi-heyvan.Bülbül diləmiş girə bu bağə,Pərvanə dilər yetə çirağə.Əlmas külüng edib nəqqab,Gəldi ki, aça bu mə’dənə bab.Çün qeyrdən oldu həclə sadə,Salındı o eyş içün vəsadə.Bu kəbkə o şövqün ehtizazi,Pərvazə götürdi şahbazi.Ümiddinə bağladı xəyalın,Göz seydinə tikdi, açdı balın.Rəf oldu çü zərdeyi-bəhanə,Yetürdi özünü aşiyanə.Ta kim yetə kəbkə çəngəli-baz.Səyyadına üzr qıldı ağaz.Key xosrovi-məsnədi-ədalət.Vey qibleyi-kişvəri-səadət.Xurşidi-ədalətin cəhangir,Gər adil isən nədür bu tədbir?!Ədlini bilən degil hərasan,Möhsün olanın işidür ehsan.Məşhur bu səndə çoxdur insaf,İnsafmıdır bu, urma gəl laf.Bilmən sənədür nə kiş pünhan,Zahir dersən mənəm müsəlman.Eh sahibi-təxtü taci-təmkin,İslamdə de bumudur ayin?!Bir baliğü aqilin səlahi,Olmayə səhih, ola nikahi.Həqqa degiləm bu əmrə qayil,Məndən olmaz murad hasil.

Gər şər’ə durur bu yolda rahın,Vacib puzasan bu dəstgahın.Tüğyan edə gər qüruri-şahi,Dutmaq diləsən bir özgə rahi.Hərçənd əsir olam bu damə,Qoymən yetə nəqs nəngü namə.Bu damdə gərçi xarü zarəm,Bil muni ki, necəsi şikarəm.Eylər səni ya özümni zayeBu ikisidin birə nə mane?İrzini qoyarmı gedə badə?Şir olmazmı hüjəbri-madə?!Salma mənə dideyi-həqarət,Danalərə eybdür cəhalət.Gər Rüstəm ilə qılam nəbərdiYerə qoya püşti-dəsti-mərdi.Sözün mənədür əlimdəki tir,Ayineyi-sur, ruyi-şəmşir.Qəmzə, yə’ni əlimdə xəncər,İşəvü kirişmə gürzü şeşpər.Bu şivəyə qılduqum qənaət,Namusudur eyləmək himayət.Aldum əlimə kitabü qur’an,Ta rövşən edəm çiraği-iman.Gəl sovdurmə mənim çırağım,Bəsdür məni yandurur bu dağım!Rövşən qılayum nədür kinayə,Nə qəm məni saldı ahü vayə?Müşkül durur, ey şəhi-mələkxu,Pünhan qıla kimsə müşkdən bu.Həq sözdə durur təmam rövnəq,Həqq dutsun ani ki, dutmiyə həq.Ömrüm olalı birinə bəndəm,Dərdi ilə zarü dilnəjəndəm.Tənha nə mənəm o dərdə xursənd,Ol həm məni-dilfigarədür bənd.Vərqa adı, sağ ola, səlamət,Bu nəqd anın durur əmanət.

Bu meyldən ol kəsərmi nyeli?Canım ola meylinin tüfeyli!Əvvəldə ona verildi iqrar,İqrarə nəçük rəvadür inkar?Can istəməz andan özgə yari,Əvvəlki qərar durur qərari.Ol səhni-muradi-xoş xürami,Gülşadən eşitdi bu kəlami,Bildi ki, nədür ona həqiqət,İbramə nəticədür fəzihət.Ol sərvərə oldu səddi-əs’af,Arzu həvəsində ədlü insaf.Tale olub əxtəri-əfafi,Göstərdi təriqi-ehticafi.Baran töküb əbri-ehtirazi,Sovdurdu ol atəşi-məcazi.Dutdu tərəfi-mürüvvətə rah,İnsaf durur bu, barəkallah.Ol babdə munca çökdügü rənc,Ol rahdə munca dökdügü gənc,Həm olmadığı muradi hasil,Həm vermədigi nigar ona dil,Qılmadı ani şikəstə xatir,Qəm olmadi çöhrəsində zahir.Həqqa onadur bu iş müsəlləm,Oldur bu sifati-qüdsə məhrəm.Bu şivədə kimsə qılmasın laf,Az kimsədə var bu ədlü insaf.Gülşayə dedi ki, ey vəfadar,Billah bizə dəxi zülmdür ar.Çün kim mənə rövşən oldu halın,Bir qeyrinə bağludur xəyalın.Mən həm degiləm bu zülmə razi,Tərk eylə təriqi-e’tirazi.Gər olsa idi əvəldin agah,Xatir qılmazdı meyli-Gülşah.De necə yeyərdi duysa halın,Nahəq Möhsün bir özgə malın!

Mənzur rizayi-həqdür, ey can,Yox istədigim bir işdür asan.Hər babdə bağlasam səbilin,Da mane olurmu qalü qilin?!Düşvar degil səninlə xari,Müşkül görünür cəvabi-bari.Vardur bu çəməndə dəxi gülzar,Hər gülzar içrə qönçələr var.Bu bülbülə qansının xəyali,Düşsə mümkün durur vüsali.Bais nə degül bu nəngü namə,Kim düşə həlaldin həramə.Öz nəfsinə sən bu gün çü malik,Verdim, ələ rişteyi-məsalik.Qayıtmağına var ixtiyarın,Get çəkgilən intizari-yarın.Bu qülləyə gər qona hümayın,Yox məndə dəxi xilafi-rayın,Bu meyldən olmə gəl mükəddər,Sən xahərü mən sənə bəradər.Sən saxla durub təriqi-yari,Məndin sənə şüğli-pərdədari.Şərtim bu ki, gər gəlürsə Vərqa,Açub yüzünə dəri-təmənna.Mərhəm qoyuban dili-figarə,Tapşurəyim anda yari yarə.Olsun mənim oğlum ol cəvanbəxt,Çün mülki-bəqayə göndərəm rəxt.Varis olsun bu təxtü tacə,Sahib olsun bütün xəracəGülşa çü bu rəsm eşitdi iqrar,Bir güldən ona açıldı gülzar.Bildi ki, o, mə’dəni-mürüvvət,Açmışdur üzə dəri-fütüvvət.Heyvan özü həm o karü barə,Zeyğəm rəhm etməgi şikarə.Düşdükdə qəzal kami-şirə,Qurtulmağı əqli qıldı xirə.

Pəs açdı zəban o dilnəvazə,O tari-duanı düzdü sazə.Dedi ona: ey xücəstə fərcam,Bənd etdi məni bu danəvü dam.Lütfün mənə oldu dami-xürsənd,İnsafına qıldı ömr ilə bənd.Çün bağladı mə’dələt tənabın,Əlin-ayağın bu dil kəbabın.Xatun məni bilmə bu aradə,Bir cariyəyəm hərəmsəradə.Qıldun bu zəlilə sən əzizi,Ömrüm olalı qılam kənizi.Səndən necə dil duta kəranə,Sənsən mənə imdi atə-anə.Gər yetişə bu diyarə yarım,İqraruna bağlu intizarım.Gər yetmiyə xatirim muradə,Güm ola murad o müddəadə.Tale mənə qılmasa himayət,Kimdən qılayım dəxi şikayət.Gör aradə tanrının rizasın,Algil ələ ədl müqtəzasın.Gözdən salma məni-qəribi,Bu biçarənin dur ol təbibi.Döndərmənəm üz dəxi hicazə,Vəqtində məgər duram nəmazə.Yegdür mənə munda ölmək, ey yarEşitmiyəm anda tə’ni-əğyar.Bu guşədə hicr bir bəladur,Yüz qəm mənə anda aşinadur.Düşdü dili-şahə rəhmdən suz,Kar eylədi tiri-ahi-dilduz.Dildarlıq eyləyüb ol ayə.Lütf ilə ona buraxdı sayə.Dedi ona: – Dəxi olma qəmnak,Bənd etdi məni məhəbbəti-pak.Sən saxla bu sədri-ehtirami,Mən ömr ilə eyləyim qulami.

Bir mənzil anınçün etdi tərtib,Verdi özü ona zinətü zib.İnsanə qəmu anda şəfqəti-şah.Amadə yanında cümlə əsbab,Oldu o nigar eyşə ərbab.Gün-gün artub təfəqqüdati,Gərm oldu tənuri-iltifati.Ol gülruxi qıldı məhrəmi-raz,Bu razdə oldu ona dəmsaz.Hər gün gəlüb istəşürdi halın,Yox bir qərəz ər görür cəmalın.Əmma ki, ol iki dilfüsürdə,Asdılar o macərayə pərdə.Duymadı o sirri hiç həmdəm,Olmadı rəqib o razə məhrəm.Bu nəhcilə ol məhi-həsari,Xurşidinin oldu pərdədari.Şayəd ola ona taleyi yar,Bir nəqş zühur edə bu pərgar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов