Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.

Çeşmin ki, ehtiyat eləyir çeşmi-zəxm üçün,Ol çöhrə bənzər atəşə, xalın sipənd ona.

Ayinə tək camalına həsrətdir ayinə,Baxsan, hər ayinə olur ayinəbənd ona.

Zahid ki, bilməyir nədi sevdayi-zülfü xal,Sevdayi-xalü zülf nə gəlir sudmənd ona.

Dünyaya vəzü pənd edər, amma düzünə heçTəsiri yoxdu, kargər olmaz ki, pənd ona.

Макта — последний бейт с тахаллусом поэта. Yusif ki, asitaneyi-dildara baş qoyub,Yetməz məqami-rütbədə çərxi-bülənd ona.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви