Əsbabi-təhəmmüli-ərusi,Qılduqda hilalə paybusi,Buyurdu düzün yəraqi-suri,Tərtib edün aləti-süruri.Söz yolda hənuz kam fərsa,Əsbabi-nikah olub mühəyya.Ol gülbünə verdilər bəşarə,Ta necə xəyali-intizarə.Batub yürəginə qoyasan dağ,Ey laleyi-bağü səbzeyi-rağ.Dur yetdi həvayi-novbəharın,Dəmdür açıla güli-bəharın.Pəs anası gəldi ol miyanə.Ta mürğinə verə abü danə.Təqrib ilə söylədi həqiqət,Verdi rüxi-nəqlə zibü zinət.Gülşa dutuban təriqi-nazi,Nə naz ki, eyni-karsazi.Dedi ona, ey əzizim ana,Qəm oduna abrizim ana!Qılma məni oxlara nişanə,Min bə’d mənü bü künci-xanə.Ol nəş’əni anlamaz məzacım,Yox məndə həvayi-izdivacımQoygil məni başın içün əldən,Nə sud mənə de ol əməldən?!Məndin sənə yox bu işdə təmkin,Qanı, degil ol əvəlki ayin?!Heç gəldin olub mənimlə həmdəm,Dedün nədurur bu və’zi matəm.Qoygil bu məni siyah bəxti,Niyli qıləyim müdam-rəxti.Mən qandənü zinəti-ərusi,Ya meyl libasi-rumü rusi.

Hala zərurin oldu malə,Saldun məni xəstəni xəyalə.Az eylə məni cəfayə həmsər,Sən talibi-malsan nə düxtər!Ol pəzmdə göstərüb cəladət,Tiği-süxən ilə min cərahət.Urdu anasına ol siyəh bəxt,Dilrəncələrin olur sözü səxt.Durdu anası rəhi-əlacə,Möhtac idi çün ol ehtiyacə.Əfsun nəqdin töküb miyanə,Ol vəhşiyə qıldı damü danə.Ahəstə der, ey gözüm qərasi,Can rahəti, xatirim səfasi.Sən söylə olurmu, ey səmənbər,Bu ikidə fikrü söz bərabər?!Mən aqilənin sözü həqiqət,Sən cahilə yox məgər nəsihət?!Çün bilməz idün məali-kari,Qorxum bu idi olub şikari,Cəhl-abi verəydi şüstü şuyin,Qalmazdı bu gündə rəngü buyin.Ey cismi-zə’ifimin rəvani,İnsaf ver anla bu bəyani.İslahına eylədim cəsarət,Namusuna yetməsin xəsarət.Oldun neçə gün əgər həsari,Saldun yüzə pərdeyi-əyari,Açdun yüzə babi-niknami,Aldun qəmudin xəti-qulami.Zəbt eylədügündə nəqdi-məqsud,Həm mayə bu gün əlində, həm sud.De olduğuma bu əmrə mane,Nə maye əlindən oldu zaye?Bəlk oldu bu yüzdə e’tizalın,Cananına rəğbəti-vüsalın.Gər bağlamasam rəhi-təmənna,Tez verməz idi nəticə sövda.

Hərçənd ki, az olursa rəğbət,Mən’ arturur arzuvü həsrət.Vəqt oldu dur imdi, ey xiridar,Tök nəqdini al vüsali-dildar.Şəbxanədə neçə bir qünudin,Dəmdür doğa neyyəri-şühudin.Axır bu vücudə çün ədəmdür,Dur eyş keçürmə dəm bu dəmdür.Hiç istəmiş ola der nişanın,Durub ana qızının ziyanın?!Ey iki gözüm, özün qıl iqrar,Səndin özgə mənim kimim var?!Çün dövr edə növbeyi-cəvani,Yüz göstərə ruyi-natəvani.Üzdin gedə görəsən özümniSən umasan ağzımı, gözümni.Çün mərg iyidin dola dəmağım,Sən uzadasan əlü ayağım.Cismim ola xakə çün nəvalə,Gəh-gah məni salub xəyalə,Gəh göndərəsən mənə dualər,Gəh lütf ilə edəsən ətalər,Güm olmuya xəlq içində namım,Baqi ola səndin ehtiramım.Əfsaneyi-bülbüli-köhən sal,Çün qöncə o gülün eylədi lal.Gördü dolu cami-müddəasın,Ayineyi-təb’inin səfasın,Fəhm eylədi rəmzi-qalü-qili,Pəs qıldı nəvaziş ol əlili.Dedi ona ey qəmim ənisi,Atə-anədür qızın vəlisi.Yox məndə bir iş xilafi-rayın,Eylə nə ki, vardur ixtiyarın.Qıldı o sənəm çü nikxuliq,Dildarliqü güşadə ruliq.Pəs anəsi dilgüşad durdu,Qəmnak oturdu, şad durdu.

Bir cəşni-zənanə qıldı tərtib,Yetdi ona çeşmi-zəxmi-asib.Cəm’ etdi gülün o büstanın,Xatununu hər hərəmsəranın.Təklif edüb evbəev ulusi,Çağırdı qəmu qızü ərusi.Bir nəhc ilə qurdu bəzm o məşku,Firdovs ani gördü gizlədi ru.Firdovs o məhfili-sururi,Bakirələr anda düxti-huri.Nə ism təamə qoydu rəssam,Hazır qəmu qılmış anda mün’am.Gər məşrəfti-tir edə hesabi,Xəm eyləyə qövsi iztirabi.Bin naz ilə ol pəriliqalər,Dil riştəsidin girehgüşalər.Bir-birinə eyləyüb sədaqət,Göstərdilər oynamaqda halət.Ol məcmə’ içində aşkarə,Gülşa məh idi, olar sitarə.Hərçənd durub o nazəninlər,Xatirləri, özləri əminlər,Sə’y ilə düzüb səfayi-tiynət,Bir-birinə artururdu ziynət.Şayəd olalar o mahə həmqədr,Pərvin necəsi olur məhi-bədr.Ol hüsn ilə aləmin xəraci,Ol məhfili-surin ibtihaci.Bir rəng ilə qıldı ərzi-surət,Məşşateyi-əqlə yetdi heyrət,Doğduqda o kövkəbi-nəhari,Yetdükdə o şahidi-bəhariGizləndi şüa’idə kəvakib,Güm eylədi qönçələr məratib,Odğazəyə saldı rəngi-ruyi,Xəm sünbülə urdu piçi-muyi.Mirvari yetişmədi vüsalə,Dun safda olmaz ayə halə.

Sürmə gözidən olub siyəh ruz,Vəsmə qaşı rəngidin çigər suz.Dil vermədi ol səfid abə,Tə’n etdi o girdi-asiyabə.Anınilə der səfa tələfdür,Məh ruyinə qeyri-məh kələfdür.Dövr etdi otağə atdı pəncə,Der bu səri-hüsnədür işkəncə.Xatir sevməz bu ixtiyari,Sər necə yetər xurə şüayi.Rəngi-rüxi-ol büti-pərivəş,Gülzari-cəhanə saldı atəş.Yüz xaneyi-Kə’bənin misali,Şəbə həcər oldu yüzdə xali.Gördükdə dişin zəmani-göftar,Saldı suya öznü dürri-şəhvar.Ta ağzına baxdı qönçə bitab,Şərməndə olub buraxdı təbbab,Kuyi zəğənində çahi-hirman,Gülzar bulanda babi-zindan.Ol zülfi-siyahi-tabdərtab,Gündüz gecədür kəsincə təvvab,Hər kim ki, girəm desə o bağə,Meyl eyləsə seyri-bağü rağə.Əvvəl sala ölüçə cəmalə,Axır çəkə zirveyi-kəmalə.Əvvəl duruban asa o çahə,Axır çəkə övci-mehrü mahə.Əvvəl qıla dəstü paybəndi,Axır ola yarlıq kəməndi.Yox-yox o xülasədür əyarə,Kimin düşə nəqdi e’tibarə.Məşşatəsiz ol qəmə giriftar,Açduqda o cəm’ə ruyi-rüxsar.Kim gördü dedi o məhzi-nuri,Həqqa ki, degil məgər bu huri?!Ol saxtə və’zə vermədi dil,Kamil olan istəməz mükəmmil.

Çün hüsn özidin bula rəvaci,Məşşatəyə qalmaz ehtiyaci.Saət-saət o kani-təmkin,Ol bəzmə düzərdi tazə ain.Bir növ’ əsasi-eyşi-möhkəm,Qıldı özünü güm-eylədi qəm.Leyk ol gülə iştiyaqi-bülbül,Düşmüş getmiş olan təhəmmül.Xatirdə xəyali-yar-mehman,Başında həvayi-vəsli-canan.Der necə əsir olam xəyalə,Ola yetişəm şəbi-vüsalə.Sur əl ura daməni sürurə,Bu zülməti yetürə o nurə.Gəh səbr ilə eylər ittifaqi,Kim səhl ola iki gün fəraqi.Bilməz guya ki, əksər ovqat,Tə’xirə durur nəticə afat.Çox kimsə içəm dedi müdami,Əldin düşübən uşandi cami.Gər aqil isən eşit nəsihət,Bil əldəki fürsəti qənimət.Bu amileyi-həzar didə,Sə’y ilə qəd eyləmiş xəmidə.Təhrir edə çərx ruznamə,İltə o hesab gah şamə.Təğyir verə səfayi-halə,Edə qəmə baqisin həvalə.Bir və’z ilə yox anın mədari,Əhbabə nəqiz karü bari.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов