Hümamındır bu durmaq qıluban oğlu içün suri
Saqi, məni yıxdı zə’fi-halım,Qərq eylədi qülzümi-vəbalım.Xali görürəm əlində sağər,Cənnətdə nədən yox oldu gövsər?Noldu degil ol rəhiqi-nabınBəhcət abın, rüxi-şərabın.Xümxanədin al o qıflü bəndiPür eylə kəduyi-nuşxəndi.Doldur ələ alubən piyaləMəhcurləri yetür vüsalə.Ta necə olam fəraq əsiri,Bir cam ilə eylə dəstgiri.
Hicranü təəşşüqü cəvaniHər birisi od durur nihani.Gər hər üçü göstərə cəmaliBir kimsədə de nə ola hali?İmdi mənəm ol üçə giriftar,Səndin mənə rəhmdür səzavar.Lütf ilə kəm eylə dərdü daği,Sun vəsli-şərabidin ayaği.Keyfim verə bəzmə ruyi-tazəRüxsareyi-nöqlə rəngi-qazəÇün ol düri-dürci-bəri-miknətƏsbabi nikahə saldı himmət.Hər çəndin eylədi müqərrərMin fərd töküb hesabi-dəftər.Bin əsb əqiqi-bərq rəftarRə’d avazü mürəssə əfsar.Məhməl çulü sim nə’lü zər zin,Sərsər seyranü kuhi-təmkin.Cövlan günü rəxşi-vəhmə sabiqDövran dəmi bərqi-hifzə fayiq.Bir dəm kişi çəkməsə inanın,Şərqin qərbə verür səlamın.Bin üştüri-püştə püşti-xoşmuTən sürxü siyah çeşmü zanu.Ol məhmələ bin himar edüb dərc,Bin əstəri-pürbəhavü kəm xərc.Bin mişi-hərirpəşmü məh düm,Bin sur tən əsğərü siyəh süm,Bin rətli-əbirü müşkü ənbər,Bin dürci-əqiqü lə’lü gövhər,Bin vəznə gümüş, həzar mən zər,Bin vəqr nəbatü qəndü şəkkər,Bin sadə qulam, sim-qəbqəb,Mu sünbülü ru gülü şəkər ləb,Bin cariyeyi-lətifü çəngi,Çinivü xətayivü firəngi.Hər yerdə ola nə cins faxir,Cəm’ eylədi cümlə ol əkabir.
Hər növidin ol həzar xəl’ət,Düzdü rüxi-karə verdi ziynət.Bu cümləni qıldı ol yeganə,Əsbabi-nikah içün rəvanə.Çün ol səri-xeyli-izzü iqbalBu şüğlidin oldu fariğübal.Yığdı mə’ruf əhli-hali,Məşhur əkabirü əhali,Bir bəzmə ki, etdi anda bünyad,Kim görməmiş ani adəmizad.Açdı rüxi-xan, bəxşişi-am,Ne’mət yığuban dağıtdı ən’am.Əlvan tə’am edüb mühəyya,Hər növ’i qüsurdin mübərra.Əqsami-mühəlviyatü şirə,Yetməkdə qəliləvü kəsirə.Ənvai-tənəqqilati-can nəf’.Əcnasi-mükəyyəfati-qəm dəf’.Əsnafi o meyvəhayi-nami,Misri ilə tayifivü şami.Əlhəqq nə dilərsə anda xatir,Firdövs sifət aradə hazir.Vərqa dəxi rəf’ edüb məlali,Eyş etmək üçün yığub xəyali.Həmtaşlərinə yazdı namə,Yığdurdi o bəzmi-ehtiramə.Həmduş qəmu əmirzadə,Xurtək dilü çöhrə safü sadə.Bibakiyi-nəş’eyi-cəvani,Cəmiyyəti-bəzmi-kamrani,Vermiş olara nişat dövran,Qılmış qamunu çü sübh xəndan.Yox xab olara çü çeşmi-lalə,Ləbxəndədə çün dəmi-piyalə.Gəh şe’r oxuyub, gəhi rəvayət,Gəh eşqidin eyləyüb hekayət,Gəh nüktəsəray olub ədəbdin,
Gəh zülfü üzarü çeşmü ləbdin,Gəh der biri öz məhəbbətindən,Ol eşqi-filanə ülfətindən.Gah ol birinin sədayi-sazi,Zövq ilə edər tərəbnəvazi.Açub bir oxur rəfiqə fərdin,Hicr azarın, fəraq dərdin.Bə’zi başidə həvayi-ali,Bə’zidə sifati-laübali.Bə’zisidə əczidür təkəbbür,Bə’zisidə əczidür təhəyyür.Hasil ki, o qövmi-nikmənzər,Hər birisi bir təriq edüb sər.Əsbabi-nişatü eyş hazir,Hər nə diləsən aradə vafir.Hər kimə nə olsa arzusi,Ol rah ilə pür olur səbusi.Əmma büti-sitəmrəsidə,Yə’ni Vərqayi-qəmkəşidə,Gər eylər idi şegeft zahir,Olmazdı vəli şegeftə xatir.Görməz xali könlünü qəmdin,Sərvin azadə ol ələmdin.Guya ki, anın dili-nizari,Fəhm etmiş olan məali-kari.Duymuş ki, verür təgərg-tüğyan,Ol kəşti-ümidə bari-hirman.Olmaz bu dəva nəsibi-rəncur,Bu surə durur nəticeyi-şur.Heyran özü həm o və’zü halə,Qərq olmuş o lücceyi-xəyalə.Likən çü anındurur bu qovğa,Naçar qılardı dəf’i-sevda.Saət-saət durub niyazə,Ol cəşnə verirdi ruyi-tazə.Bu yüzdə var ər fərağəti-dil,Gülşa tərəfindən olma qafil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-humamindir-bu-durmaq-qiluban-oglu-icun-suri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafil biri-birdən iki ləşkər,Göstərdi tilayə xosrovi-xur.
Vida edüb Yəmən suyinə əzmidür bu, VərqanınSaqi, qanı kövkəbi-yəmani,Müştaq onadür bu lə’l kani.
Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabındanMənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından,Məhəbbət nəxlni sərsəbz qıldım didə abından.
Mənəm ki, sinə çak etdim fəraqın iztirabındanMənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabından