Bu, bünyadi-sitəmdür yenglədin Vərqayi-məhzunə
Qafil biri-birdən iki ləşkər,Göstərdi tilayə xosrovi-xur.Çün anladı ol Hilalü Vərqa,Əmr ölmüşü ol güruhi-ə’daQaçmış qəmusu kəsib mənazil,İlğar ilə yetməz ona acil.Çün qalmadı durməgə bəhanə,Dutdular olar təriqi-xanə.Matəmzədə ləşkəri-təmami,Ta evə yetürdilər hümami.Tərtib edübən anın cəhazın,Qüslün verüb etdilər nəmazın.Gizləndügidin o gənc kanə,Fəxr etdi səmayə gurxanə.Çün ol xəbər oldu amə zahir,Yığıldı əkabirü əsağir.Bu surətə nəqşi-xətti-pərgar,Tə’ziyyətə qıldı təhniyət yar.Kim gördi deyüb xəm etdi tarək,Sən sağ olü mənsəbin mübarək.Dəhr aldı hümamdən xəraci,Dapşurdi hilalə təxtü taci.Dövri-fələgin budur mədari,İqraridə yoqdurur qərari.Təxtə biri çıqərur səbahi,Salur ani təxtiyə rəvahi.Dünya dedügin bir əjdəhadur,Düşmən ani bilməmək xətadur.Əsbabi-cəhan nəkaldur bənd,Aqil necə ola bəndə xürsənd?!Vərqayi-siyahbəxtü bədruz,Yedi yenə tazə zəxmi-dilsuz.Öldi bozulub qalan əsasi,Atasi əzasidə anasi,
Əsbab gedüb bozuldi lanə,Ərbab gedüb yıxıldı xanə.Qondi əmuyə hümayi-dövlət,Qaldı muna dərdü daği-həsrət.Öldü ata-anə, getdi mali,Ol aradə qaldı dəst xali.Oldu ona zirdəsti faiq.Kəm oldu təvəccöhi-xəlaiq.Naçizlik etdi çoxları xar,Xəlq içrə əzizdür bu mürdar.Həqqa ki yetişsə dəst təngi,Rubah edə bəbrivü pələngi,Gər bir igidün yox olsa mali,İsa ola nəqsdür kəmali,Gər tazə cul eyləsən himarə,Məqbul ola çeşmi-e’tibarə.Vərqa yaxılub o tarə düşdü,Naçiz olub iztirarə düşdü.Əmma qəm ona edəndə tüğyan,Gülşani görüb olurdu şadan.Cananı çıqarmaq ol aradən,Qurtarmaq o kami-əjdəhadən.Banu Qəmər olmuş idi razi,Rəf olmuş idi o mən’i-mazi.Seyd etmədügi görüb qəzalə,Döndərdi o şiri çün xəlalə.Hicran qəmi gərçi bir bəladur,Üşşaqə bu bir əcəb cəfadur.Gül verməgə mane ola xari,Seyr eyləməgində novbəhari.Sövda doluban sərü dimağə,Bəs durdu əlac içün ayağə.Çağırdı bir-iki kədxudani,İzhar edübən qəmi-nihani.Şərh eylədi cümlə üzrü əhval.Gülşa tələbinə qıldı irsal.
Çün gəldi bu dərdi-dil bəyanə,Gülşa anası dutub kəranə.Ol naqisə durdu saz edüb cəng,Əvvəlki məqamə düzdi ahəng.Der: – Qarətə getdi cahü mali,Yox əldə bu gün əvəlki hali.Ruzi bədü haləti bətərdür,Avarəvü xarü dərbədərdür.Qılmış ona bəxti ru siyahi,Bozmuş nə ki, var dəstgahi.Kim qadir ola bu gün cihazə,Gülşa yüzinə durar nəmazə.Kim verməsə istəgimcə mali,Bihudə bişirməsin xəyali.Gülşa vəsli nə rayigandur,Bu rəmzə nə hacəti-bəyandur?!Ölmüş anın atasi, anasi,Qarətzədə xişü əqrəbasi.Yoxdur mənə dəxi ol qədər mal,Ta kim düzəyim zərurəti-hal.Bü fikr ona hali-narəvadur,Gər olur isə yəqin xətadur!Göndərməsə yazılan cihazi,Verilməz ona degil bu bazi.Ya mal düzər bu şüğli, ya cəbr,Ya ruz gərək bu işə, ya səbr.Çox qıldı Hilal ona nəsihət,Gördi ki, səmər verür fəzihət.Ol daşə nəsihət eyləməz kar,Döndərdi cəvab səbrə naçar.Vərqa eşidüb qəmu cəvabi,Banu Qəmər eyləyən itabi.Gül hicr düzüb, şəkib bülbül,Dutdi yüzə şiveyi-təhəmmül.Cəm olməgi səbrü eşq heyhat,Ta xeyrə durur nəticə afat.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-bunyadi-sitemdur-yengledin-verqayi-mehzune
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Olduqda təmam o şüğli-cansuz,Ol qövm dağıldı, qaldı Bəhruz.
Budur, Gülşa özün qılmaq məzari-yar qurbaniBir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.
Mücavir olmağıdur bu şəhin ol mərqədi-pakəÇün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.
Bu, xətmi-nüsxə bir mö’cizdür ol xətmi risalətdənSaqi, qanı badeyi-rəhiqin,Gündüz yarın, gecə rəfiqin.
Стихи других поэтов
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm