Saqi, qanı badeyi-rəhiqin,Gündüz yarın, gecə rəfiqin.Dur axiridür, gəl etmə təqsir,Müştaq o cəvanədür məni pir.Nəql ötdü, boşandı nöqli-xani,İçildi şərabi-həmzəbani.Dur qoymagilən bu dilşikəsti.Pamal edə dərdi-nimməsti.Gəl üstümə zarü qatəvanəm,Qıl zində məni ki, mürdə canəm,

Ver badə durub bu bad dəstə,Şayəd ola bu şikəstə bəstə.Başa çıxa nə’şeyi-ayağın,Axir suyunu verəm bu bağın.Bəllü bu kəlam xasü amə,Hər sahibi-izzü ehtiramə.Bir vaqiədin zaman ola dur,Ol nəqldə naqil ola mə’zur.Gər yaxşı yaman ola zirun,Hərrasə durur anın rücui.Az etmiyə naqil ehtiramın,Nəql etməsi ravinin kəlamın.Bu lazımədür qılanda təqrir,Ravi sözünü nəqirü qətmir.Naqil çəkə rişteyi-bəyanə,Ol tərz əda qıla fəsanə.Gər sidqdə olmasa güvahi,Yox qayilin arada günahi.Məşhur durur bu hərfi-əqli,Küfr olmaz aradə küfr nəqli.Ravi durub eyləmiş rəvayət,Bu qisseyi-köhnədin hekayətŞəh Möhsün, o dideyi-zəmanə,Çün çeşmi-zəmanə ol yeganə.Bir gün durub etdi bu xəyali,Kim edə o gündə cəşni-ali.Nəql eylədilər düzüb bisati,Ol mərqədə təxti-inbisati.Yığıldı əhalivü əkabir,Cəm’ oldu əalivü əsağir.Gəldi olub o behişt baği,Qəmdin qəmunun dili-fəraği.Hər kim bir aradə dutdu mənzil,Mənzil doluban boşandı məhmil.Bunlar məşğul bu sürurə,Yetişdi biri gəlüb həzurə.Dedi şəhə: – Doğdu aftabın,Baş ilə ayağ budur səvabın.

Müjdə ki, sənə yetişdi məqsud,Yüz verdi bu gün cəhan-cəhan sud.Bər verdi sənə nihali-dövlət,Dur ver çü əlində var fürsət.Yə’ni gəldi budur rəsulun,Hər babdə qibleyi-qəbulun.Sayə saldı sənə nəvasi,Canlar ola sayəsi fədasi.Ol sədrnişini-qabi-qövseyn,Bu büq’əyə verdi zinətü zin.Sənə qona gəldi mehmandur,Dur vəsləti bul ki, raygandur.Mənsurü müzəffər ol qəzadən,Olmuş fariğ o müddəadən.Ovd etmiş o tanrının həbibi,Ol gülbüni-şər’ əndəlibi.Şəh anladı ona yetdi vayə,Saldı başına hümay sayə.Cünbişdə mübəşşirin dərayi,Yüz qıldı rəsul xakpayi.Bir növ etdi ədayi-xidmət,Əshabə qəmu yetişdi heyrət.Min izzət ilə o müctəbani.Ol məclisi-cəşnə dəmi fəraği,Durdu seyr edə o baği.Bağ içidə ol həbibi-dəyyan,Əshab ilə seyr edərdi hər yan.Gördü yetişüb anın güzari,Vərqa, Gülşa olan məzari.Bir mərqədi-pak ol aradə,Firdövs ona rəşk edər səfadə.Möhsündən ol aftabi-iqbal,Qıldı duruban təfəhhüsi-hal.Şəh ərz etdi o macərani,Eşq anlara eyləyən cəfani,Əhval qəmu nəqirü qətmir,Ol Həzrətə qıldı cümlə təqrir.

Meyl eylədi iştiyaqi-əshab,Ta kim açıla o riştədin tab.Durdu qəmu rahi-iltimasə,Ol şivədə səxt edüb əsasə.Vari dedi: – Ey rəsuli-muxtar,Bu həzrətə bir muradımız var.Lütf eyləyə ləb aça duayə,Vərqayə verə duasi vayə.Dirlüb dura ol xücəstə kirdar.Bu mö’cüzi görə yarü əğyar.Biz həm görəlüm o novcəvaniBir-bir qılalum ziyarət ani.Pəs verdi cəvab o bərgüzidə,Gey siz mənə cümlə nuri-didə.Yox ömr dəxi o novcəvanə,Dirilə qədəm qoya miyanə,Müşküldür icabət iltimasə,Qoymağ divar bu əsasə.Durdu ayağə Əmiri-Mərdan,Ol səfşikənü hüjəbri-meydan,Ol övci-səmahətə məhi-bədr,Yə’ni ki, Əliyyi-aliəlqədr,Pəs dedi rəsulə, ey xudavənd,Çün xatirimiz bu şüğlədür bənd.Sən şahid ol eylədim qərari,Ta cəm’ yetə muradə vari.Qalmış nola ömrümün bəqasi,Qıldım qəmu Vərqənin fədasi.Bağışladım ani ol cəvanə,Ta zində olub gələ cəhanə.Çün qıldı o mə’dəni-səxavət,Sərmayeyi-ömrdə səmahət.Şahi o hədisi-heyrətəfza,Ol şüğlidə qıldı fikr peyma.Əndi yerə ruhi-qüdsi-təlqin,Pəs dedi rəsulə olma qəmgin.Həqdin vardur sənə səlamım,

Sonra bu xülaseyi-kəlamım,Əmr eylədi bu xüsusə bari,Hər nə qılmış Əli qərari.İqrari bizim qəbulumuzdur,Çün ol şayəstə qulumuzdur.Bağışladun ömrünü ol cəvanın,Verdük yenlə muna bərabər,Səhl ola de bu ətayi-əhqər.De xatiri xoş ola Əlinin,Bu babdə qədri çox vəlinin.Verdim Gülşayə dəxi ruzi,Ta yarının ola dilfiruzi.Qəm çəkmə gəl olgilən fərağət,Dur eylə dua, qılam icabət.Bu səhlidür eyləsən təmənna,Mə’vati-cəhan bulurlar əhya,Çün buldu rəsul müddəasın,Durdu yerə düşdü rəvasın.Ol hacət içün qılub nəmazi,Dərgahə açub kəfi_niyazi.Ləb açdı ki, ey xudayi-aləm,Səndən oldu mükərrəm adəm,Bu nüktə olubdur azmudə,Lütfün irişən yetər şühudə,Ey sən qəmu feyzü cudi-aləm,Səndən olmuş vücudi-aləm.Sazəndeyi-çar taqi-şeşdərArəndeyi-dövri-çərxi-çənbərBu arada zatının həqiçün,Ol zatə sifatının həqiçün.Bu arada zatının həqiçün,Xahişdə o cüstücu həqiçünXəlq içrə itaətin həqiçün,Də’vətdə icabətin həqiçün.Bu qəbriyə sinə ver nicati,Qılgil yenə tazə ol sifati.

Bu gülxəni eylə tazə gülşən,Ta qüdrətin ola xəlqə rövşən.Bu sözdə idi hənuz Əhməd,Yetişdi o qəbrə feyzi-sərməd.Açıldı məzarü durdu Vərqa,Həmrah anın ilə ol dilara,Əmma ol iki degildilər ur,Puşişləri idi kisvəti-nur.Birinə yüz anların kəmali,Artmış o kəmal ilə cəmali.Göz açdı çü ol iki nikufalBildilərü duydular nədür hal.Ta gördülər ol şəhi-cəhani,Duydu anlar ki, kimdür ani.Rüxsarə yetürdilər o payə,Kim ərşə yetürmiş idi sayə.Baş qavzayub etdilər dualər,Ol həzrətə qarşu çox sənalər.Qıldı ol iki tapub səadət,Təcdid kəlimeyi-şəhadət.Həzrət bulub anları müvəhhid,İmanivü e’tiqadi zayid.Gördü oları bəs-girami,Pəs aldı yanına şahi-Şami.Belə olunur dedi hüveyda,Kim Gülşadur nəsibi-Vərqa.Bu babdə söz demək xətadur,Sevda dəxi qeyrə narəvadur.Pəs bağladı onların nikahın,Ta kim içələr vüsal rahın.Möhsün şəh, o adili-zəmanə,Dil bağlamamışdı çün cəhanə.Ərz etdi rəsulə key şahənşah,Lütfün çü olara oldu həmrah.Həqqa mənə həm bu idi məqsud,Kim olalar ol ikisi xoşnud.

Verdim Vərqayə təxti-şahi,Tapşurdum ona bu dəstgahi.Dəxi muna dutmasın bəhanə,Versin mənə çərx saliyanə.Bir guşədə ta olam fərağət,Asayiş ilə qılam ibadət.Cəm eylədügüm bu mülkü mali,Olsun qəmusi anın həlali.Hazir o səhabeyi-güzinlər,Qıldılar ona çox afərinlər.Gər aqil isən dur urməgil laf,İnsafın var, vergil insaf.Qıl yaxşı nəzər, göz aç bu halə,Bu şivə dəlildür kəmalə.Eşitdünmi ki, bir şahənşah,Bəxt ilə rizasi ola həmrah?Qeyrinə verə o tacü təxtin,Özünə qıla siyah bəxtin?!Əldən qoya təxt dürü gər tac,Bir nan içün ola qeyrə möhtac,Gördü bu ədani çün peyəmbər,Möhsün yerə qoydu başdan əfsər.Bildi yoxdur anın riyasi,Candan budur ona müddəasi,Qoydu düzüb onda dəstgahi,Vərqa fərqinə taci-şahi.Tə’lim ona qıldı də’bi-mülkət,Arturdu o şəxsə şanü şövkət.Çün həzrət idi aradə dai,Vərqa qıla bilmədi nizai.Qılduqda qəbul xahü naxah,Təxt üstünə çıxdı oldu ol şah.Şəh Möhsünü saxladı girami,Hər gün gedübən verür səlami.Düzdü nə olursa ehtiyacın,Hər babdə gözləyüb məzacın.Qılmazdı o yolda canə təqsir,Ömr ilə fərağət etdi ol pir.

Hər şüğlidə kim anın səlahi,İçməzdi gər olmasa o rahi.Vərqayə yetişdi çü muradi,Afaqə dağıtdı ədlü dadi.Bir növ ilə qıldı o ədalət,Kəsri ədli yaşurdu rayət.Ol dövlət ilə vüsali-Gülşa,Qıldı ani eyşdən təvana.Girdi gülünü dərüb o bağın,Çəkdi başa rahın ol əyağın,Gülşa dəxi buldu ol vüsali,Dutdu ələ nəqdi-ittisali.Hər bir-birisilə xürrəmü şad,Olmuşlar o dami-qəmdin azad.Ta ömr ola hər birin mədari,Eyş oldu cəmiyi-karü bari.Əksər budur iqtizayi-dövran,Kim vəsl verür nəticə hirman.Əlbəttə, biri ki, çəkdi rənci,Axir ələ düşdü nəqdi-gənci.Bu nüktə durur aradə şayeHeç kimsənin olmaz əcri zaye.Pəs eyb ola şəxsə naümidi,Qət’ eyləyə rişteyi-nəvidi.Aqillərə ol durur süqudə,Səbr edə hər işdə dirü zudəAxir ki, anın yetər muradi,Ol üqdəyə görünür güşadi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов