Çün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.Pəs çıxdı o qəbr sinəsindən,Zahir oluban dəfinəsindən.Baş çəkdi iki nihali-həmbər,Biri sərv, biri sənubər.Çıxduqda iki nihali-mə’ruf,Hər bir olmuş birinə məlfuf.Şəh bağlıyub anlara iradət,Edərdi gəhi gəlüb ziyarət.Axir muna düşdü rayi-şahi,Ol məşhədi edə təxtgahi.Çün şah o səkanə saldı sayə,Sayə o zəminə verdi vayə.Ol şəhr əhli gəlüb təmami,Bay ilə fəqirü xasü ami.Görmüşlər idi çü rahəti-dil,Cümlə ol aradə dutdu mənzil.

Şəh hər kişinin görürdü şanın,Şanə görə mülkdin nişanın.Yazdurub edərdi ona təslim.Təslim ilə göstərürdi təkrim.Verüb ona məune imarət,Bu rəsmə edərdi ol riayət.Gördükdə şəhin təfəqqüdatın,Xas ilə əvamə iltifatın,Doldu ev ilə dəştü səhra,Bir şəhri-əzim olundu peyda.Əlqissə, o Məşhədi-münəvvər,Hacətgəhi-aləm oldu əksər,Zira kişi bulduğu muradın,Arturdu xəlayiq e’tiqadın.Şah olmaduğu vəfadə qasir,Qıldı o məzarə kalmücavir.Açdı üzünə dəri-mübərrat,Hər gün qılar idi tazə xeyrat.Bu rəsmə keçürdi ol mədari,Ta axıra yetdi ruzgari.Tərk etmədi və’z ol əhli təkin,Təhsin ona, səd həzar təhsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов