Vərqayi-həzin çü gördi ani,Divarının uçdi püştbani.Bildi ki, düşüb əsasi-rahət.Görməz dəxi sayeyi-fərağət.Duydu muni ol qəmə giriftar,Açdı ona didə çeşmi-idbar.Bu aşiqə əvvəli-bəladür,Şad olmaqı aşiqin xətadür.Bin suz ilə ol bəla düçari,Eylərdi fəğan, edərdi zari.Əldən getdükdə şahi anın,Nəzlini kəm etdi rahi anın.Yığlar özünə anub atasın,İnlər dəhrin görüb cəfasın.Çün kan savururdi başə əsləb,Babasını eyləyüb müxatəb,Söylərdi ki, ey mənim pənahım,Gümrahlığımda ruyi-rahım.Tənha qoyuban bu binəvani,Getdün mənə eyləyüb cəfani.Yetsə mənə dəhrdin həqarət,Dəxi kimə eyləyim şikayət.Kimə qaçayım hücumi-qəmdin,Ya xatirə yetişən ələmdin.Dərdi-dilim eyləyəndə tüğyan,Səndin görünürdü dərdə dərman.

Ey dövləti-bəxtimin səfası,Vey kövkəbi-taleim ziyası.Noldu məni xarü zar qoydun,Tən xəstəvü dilfigar qoydun.Ey kaş ki, qət’ oleydi ruzi,Görmeydi könül bu dərdü suzi.Məndin sənə yetdi de nə külfət?Kəsdün duruban təriqi-ülfət?Həmrahlığımdan etmə ikrah,Qılgil məni həm özünə həmrah.Ey əbr, götürmə sayə məndin,Baran verü kəsmə vayə məndin.Noldu degil ol əlaqeyi-dil,Qoydun məni dutdun özgə mənzil.Məndin döndü məgər məzacın,Bu fikrilə eylədün əlacın.Qıl başın içün məni xəbərdar,Təqsirə tədarük eyləyim yar.Şəb ta səhər ol əza rəsidə,Suz ilə tökərdi abi-didə.Ol atəşə gəh əmu saçub abDilculiq edərdi, gah əhbab.Gahi Gülşa qılub təcəlli,Verür ona dəmbədəm təsəlli.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов