Bu xümmari-səbuhi-arzusindən şərab istər,Dağıtmış noğli əflakə gəhi cami-şərab istər.De ey göz nuri, könlümün süruri, ömrümün nəqdi,Nədəndür bu ki, can cananə səndən ictinab istər.Dutub can töhfəsin amadə idim rahi-təslimə,Gəlür, əlbəttə, malın bir gün ol sahib rikab istər.Çü almaz dust vəsl əyyami göznə bu mühəqqərni,Bu mə’yusi-əvvəl min bə’d can mülkin xərab istər.Degil vəsl istəgim bu xatiri-naşad içün billah,Budur qorxum ki, yarım yar yarından hesab istər.Bu dirlikdən qərəz əxzi-mətai-vəsli-canandur,Və gər nə xəstə dil yaleytəni künti-türab istər.Degil eyb ər Məsihidən ləcacət görsə cananı,O Rumi mənbəidən hinduyi-ləbtəşnə ab istər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви