Ah, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.Tikdi keydi-bağban gül üzrə çətri-sayban.Zülm əli, bidad cövrü bülbülə kar eylədi.Aqibət ol dəstbürdi-tişeyi-cövri-fələk,Bünyeyi-eyşim yıxıb iqbali ibdar eylədi.Urdu zəxmi-dilxəraşi xatiri-naşadimə,Nəqdi-vəsl əldən alıb, hicran ilə yar eylədi.Eyləyüb məğlub əhvalımnı dövri-zali-dəhr,Nəqsi-əhd ol nəqz rə’y iqrarə inkar eylədi.Gecələr qəm heyrəti ol aftabın həsrəti,Bəstəri-səncabü xəzimni gözə xar eylədi.Gizlə razın, səbr qıl axır sənə dərman verir,Ey Məsih, ol kim səni dərdə giriftar eylədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке