Ver ona açub ləbi-iradət,Key tayiri-laneyi-şəhadət.Ey şövqə rəfiqü eşqə sadiq,Ey zahirü batinin müvafiq.

Ey nuri vüsalə rah puyan,Sərgəştəvü vəsli-yar cuyan.Ta bal açasan rüxi-vüsalə,Atəş düşə rəxti-infisalə.Mümkün sanadur vüsali yarın,Vəsl ilə keçər qəmu mədarın.Sən gər bu rəvişdəsən yeganə,Məndə dəxi dutmagil kəranə.Bax gör nə bəlayəyəm giriftarYıxdı məni dərdi-firqəti-yar.Sənsən gecə yar həmvisaqi,Peyvəstə mənəm çəkən fəraqi.Sən bəzmi-rüxi-nigarə rəqqas,Mən sinci-fəraqi dinlədim xasSən ta görəsən cəmali-yari,Can töhfəsin edəsən nisari.Liykən bu mənə degil müyəssər,Min bə’d mənü fəraqi-həmsər.Sən vəsl fəzasidə xüraman,Bəzmində çiraği-eyş xəndan.Mən guşeyi-hicrə paybəndəm,Xatir nigəranü dilnəjəndəm.Dün sübhə dəkin qəm ilə ol yar,Əncüm sifəti olurdi bidar,Nə ruz ona eyşü istirahət,Nə şam ona bəstəri-fərağət.Qılmışdı əgərçi qamətin çəng,Düzmüşdü əgər fəğanə ahəng.Əldin o buraxmamış məali,Ümmid ilə daməni-vüsali.Hərçənd ki, qəm kəsər qərarın,Qət etməz ümidi-vəsli-yarın.Bu riştəyə bağlu e’tiqadi,Bir gün açulur güli-muradi.Əlbəttə, bular bu şami-firqət,Bu sübhi-səadət ilə vəslət.Gündüz-gecə batubən xəyalə,Ümmid ilə talib ol vüsalə.

Gahi kona zur edərdi hicran,Bitab olub etdügündə əfqan.Ta olmuyə kimsə andan agah,Bu şe’ri oxurdu əksər ol mah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви