Bu, Vərqa yetdigidür sabitatə
Ol farisi-rəzmi-dərdü hicran,Çün ol yedidin ötürdi cövlan,Gördükdə ötüb sabitati,Tez çərxəcidin ötürdü ati.Sövda olara yetürdi qovğa,Bir cəm’ə yoluxdu bisərü pa.Nə sər olara durur, nə sərdar,Yox şüğli-mühümmü şiveyi-kar.Başdan ayağa təmam didə,Xatirələri cəm’ü arəmidə.Yox heç kimdin olara külfət,Cövhərləridür təmam ülfət.Qoyduqda qədəm o sərzəminə,Atdı buraxıb silahi-kinə.
Hər birini buldu dərdə bir gənc,Pəs anlar ilə olub nəvasənc.Key siz qamu suzü dərdə yekdil,Hər birə səfayi-eşq hasil.Bu dideyi-bazu çeşmi-giryan,Bu daği-dili-fəraqi-canan.Bidariyi-şəb bu rəngi-kahi,Verməkdə durur qəmu güvahiKim, siz qəmi-eşqəsiz giriftar,Mən kimi fəraqü hicrəsiz yar.Ey mən sizə dərd ilə müvafiq,Bəlkəm sizəyəm qəm içrə fayiq.Mən guşeyi-qəmdə zarü nalan,Siz şəm’ sifət həmişə xəndan.Qəmxanə edüb məni giriftar,Fülki-fələk etdi sizni səyyar.Bu tərz ilə ol qəm aşinasi,Hər birün olub sifət şünasi,Gördi necə dərd qıldı ə’lam.Verməz ona bir cəvab-əcram.Bildi ki, o qovmi-dil pərişan,Hər biridür öz işində heyran.Ol məsləkdə əsirü məcbur,Öz mətləbidə həzinü məhcur,Kimsə kola özgənin əsiri,Qeyrin necə ola dəstgiri!Kim özü ola qəmə giriftar,Özgə ğəminə əcəb qıla çar?!İçdi qəmudin şərabi-heyrət,Rə’f olmadı ol xümari-həsrət.Bəl çəkdi zəbanə suzi anın,Qəmdin siyəh oldu ruzi anın.Yox gördü olarda ruyi-vayə.Axır qəmudin götürdü sayə.Dərd ilə təranə düzdi sazə,Ərz etdi niyaz o biniyazə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-verqa-yetdigidur-sabitate
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
Bu, nə’ti-rəsuli-müctəbadurBu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
Ey fələk, netdim həmişə gözləyib azarımıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Bəyan eylər bu me’raci-rəsuli xas ilə aməÇün nəqşi-cəmalın, ey düri-pak,Pərtov salub oldu zinəti-xak.
Стихи других поэтов
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
Dost yolu bağlandı, ümid kəsildiDost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.