Key rütbeyi-qədr ilə müəlla,Vey hilyei-sədr ilə məhəlla.Ey cövhəri-sabitatə fayiq,Di, üzrdurur sənə nə layiq?!Səndin bu əməl bəsi əcəbdür,Aya ki, bu işə nə səbəbdür!Gər qədr ilə ey büləndpayə.Saldun yedinci çərxə sayə.

Leyk oldu nühusətin müzaəf,Məzmuni-təkəllümün müzəxrəf.Hər kim ki, sənə olundu mənzur,Nakamlığına aldı mənşur.Hər kimə ki, eylədün nəzarə,İqbal ona eylədi kənarə.Lütfün kimə sunsa badeyi-nab,Ta sübhi-qiyamət ol qılar xab.Çün var sənə bu nə’ti-məşhur,Ni! Ni ki, sifati-qeyri-məşkur.Noldu sənə bais, ey cigərsuz,Evlər yıxasan durub şəbü ruz.Doldu sitəminlə Qaf ta Qaf,Dur dutgil üzə təriqi-insaf.Rə’f eylə nühusəti-nəzərni,Pak eylə xəbisdən ol göhərni.Şayəd açıla güli-muradım,Zahir ola üqdədin güşadım.Gər dutmaz isən təriqi-yari,Min bə’d sənü o ədli-bari.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов