Bu, saqidin tələb qılmaq durur keyfiyyəti-baqi
Saqi, dur açub dəri-səvabi,Sal gərdişə sağəri-şərabi.Ey mətləyi-aftab badə.Ey mənbeyi-rahi-ruhzadə.Gözlə məni zarü dərdməndəm,Zənciri-xümarə paybəndəm.Peymanə mənə yetür ləbindin,Vergil məzə sibi-ğəbğəbindin.Nazın bəni qıldı ziniyazın,Ey mən olayım fədayi-nazın.Xalın dilü didə paybəndi,Zülfün ucu boynumun kəməndi.
Can taəti, gecələr xəyalın,Göz qibləsi gündüzü cəmalınYox qeyrə mənim çü ruyi-rahım,Bu dövrdə sən mənim pənahım.Gərçi sənə çox mənim kimi yar,Yoqdur mənə səndin özgə qəmxar.Gəl gör ki, nədür qəmində halım,Bihudə degil bu qilü qalım.Qıldı məni bəs füsürdə xatir,Ümmidi-dirazü dəsti-qasir.Sövda mənə eylə oldu dəmsaz,De huş qanı ki, söyləyim raz!Lütfün mənə salsa çeşmi-iqbal,Tanuq ola anda surəti-hal.Söylər bu bəla giriftari,Mey dəf’ qılar qəmi-xümari.Vacib bənə oldu dəf’i-sayil,Ta necə ola həya həmayil.Dur camə burax o lə’li-nabi,Gündüz günü, gecə mahtabi.Sun bəs bir-iki piyalə ləbriz,Məxmuri-xümari qıl səhərxiz.Ta nəş’əyi-mey aça zəbanım,Rahın ola qüvvəti-rəvanım.Rəf’ edə ol ab didədən xab,Açəm sənə vəsfi-haldən bab.Keyfiyyəti-qərqəfi-cəvani,Cəmiyyəti-eyşi-zindəgani,Çıxdı qəmu baş ilə əlimdən,Yox mayə əlimdə hasilimdən.Yıxdı məni bu xümari-piri,Lə’l əşk ilə guneyi-zəriri.Oldu o üqabi-bərqaşub,Axırda kəbutəri-ləgədkub.Ol şir salurdi gurə pəncə,Hala birədin çəkər şikəncə.Qıl tazə rüsumi-iltifati,Göstər mənə mənbeyi-həyati.
Bu nəf’imə zahir edə isbat,Ta fe’lə gələ təlafi-mafat.Yandur o şərarədin çirağim,Doldur gil o nurdin ayağim.Rəf’ eyləyə zülməti-vücudi,Rövşən qıla xaneyi-şühudi.Ver mayeyi-bixudivü məsti,Atəş zənn-rəxti-tənpərəsti.Qılsan məni məndin eylə məhcur,Ta anlamayım qiyaməti sur.Düz zinəti-bəzmi-köftgumi,Doldur o şərabdən səbumi.Gər qətrəsi düşsə kuhi-Turə,Şurin yetürə dəmi-nüşurə.Bun cür’əsi gər tökülsə xakə,Həmduş edə xaki nuri-pakə.Sun rah ələ aluban sürahi,Ver qüsseyi-dövrdin fəlahi.Ol rah ki, rəşhi düşsə xarə,Bin gül verə şahidi-bəharə.Ver gəl mənə mayeyi-cəvani,Yəni ki, şərabi-ərğəvani.Xarü xəsi-xüşkə salsın atəş,Versin bədəlinə səbzeyi-xoş.Yox əldə çü nəqdi-büdpərəsti,Aciz məni qıldı təngdəsti.Bu kişdə gərçi naqəbuləm,Gər olsa qəbul həm məluləm.Ver mənzil o xeymeyi-hübayi,Qılgil məni sahibi-qəbayi.Gər kəssə təfəqqüdən məvane,Sanma ola sə’yi məndə zaye.Haşa ki, xori-meyi-muğani,Rəf’ etmiyə zülməti-cəhani.Lazım o meyi-süheyl tə’sir,Göstərməgi kani-lə’lə təşvir.Əlbəttə, o kimiyayi-irfan,Bu qəlb misi zər eylər asan.
Sən lütfilə çək məni miyanə,Mən zib verim rüxi-bəyanə.Sən ver ələ rahi-bəhri-sağər,Məndin dilə gəl xüruci-gövhər.Qılgil məni qərqi-xümmi-Ceyhun,Andin tələb eylə dürri-məzmun.Versin bənə gər hilal badə,Xurşidə kəmənd edəm qiladə.Gər lafıma yoxdur e’timadın,Qıl təcrübə bağla e’tiqadın.Ver bir neçə sağəri-peyapey,Rəf’ eylə xümari-hiddəti dey.Ta gül verə nikhəti-bəharım,Sərsəbz ola toxmi-kişti-zarım.Çün gül sala bağə çətri-sayə,Mən bülbüli-can duram nəvayə,Ahəngi-fəğani-əndəlibəm,Üslubi-təriqeyi-ədibəmZahir qıla sidqimü xilafım,İsbat edə iddiayi-lafım.Bir növ’ qılam fəsanə ağaz,Harut ani görsə gizləyə raz.Marut anın ər oxuya babın,Suya sala dəftərü kitabın,Sanma mənə meydən, ey düri-pak,Məqsud ola əqdi-düxtəri-tak.Ya xuni-dili-sürahi dəvən,Ol saliki rahə düzdü rəhzən.Qəflət ola xatiri-xəyali,Hicran verə canə ittisali.Saqi, nə o mahruyi-tənnaz,Əxlat ola ona mayeyi-naz,Dünya xələli və din füturi,Aqillərə bəllüdür qüsuri.Kim dil verə eyşi-müstəarə,Mərbut ola bu iki nigarə,Çün döndərədür o rahi-dövlət,Qalə yerinə xümari-həsrət.
Rövşən ola xəlqə karü bari,Ol mayeyi-eyşin e’tibari.Saqi, bənə feyzdür hüveyda,Məstiyi-mey, istilayi-sevda.Ol feyz günə olanda məhrəm,Aləm ola zərrə-zərrə aləm.Sevda ki, əgər dutə dəmaği,Rövşən qıla bu sönən çiraği.Açub verə canə babi-ümmid,Eyşi-əbədü həyati-cavid.Sevda nə ki, sudi-mayeyi-can,Arayişi-ruyi-bəzmi-irfan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-saqidin-teleb-qilmaq-durur-keyfiyyeti-baqi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Key rütbeyi-qədr ilə müəlla,Vey hilyei-sədr ilə məhəlla.
Bu, Vərqa yetdigidür sabitatəOl farisi-rəzmi-dərdü hicran,Çün ol yedidin ötürdi cövlan,
Bu, xud Vərqayi-məhzunun münacatıdurur həqqəEy payə düzən bu çar taqə,Vey dövr verən bu nöh rəvaqə.
Ah, kim firqət şərabi bağrımı qan eylədiAh, kim firqət şərabi bağrımı qan eylədi,Dil pərişan, sinə büryan, didə giryan eylədi.
Стихи других поэтов · О вине
Aşiqə şərabla məstlik nə gərək,Saqi, bu məclisi bizdən yana çək!
Qəzəl: Təzəllümdən usandı zülmdən dildar usanmazmıTəzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı
QaldıHayıf oldu canım getdi,Sərim bu sevdada qaldı.
Ala pişikSən nə mötəbərsən, ay ala pişik,salam, hacı pişik, kərbəla pişik!