Bu, Vərqanın təsəlli verməgi, getməkdədür yarə
Çün şe’rindən ol gül əndam,Oldu ol dövridə təhi cam.Vərqa edə ta təsəlli ani,Açdı ona babi-həmzəbani.Dedi durub, ey gözüm qərasi,Dil qüvvəti, xatirim səfasi.Qəm yemə həyati-müstəarım,Gər olsa neçük dutar qərarım.Tez qayıdam ər olursa ruzi,Qoymən çəkəsən bu dərdü suzi.Qurma mənə bənd, verməgil pənd,Himmət muna necə ola xürsənd?Mən mundavü anda qala malım,Ötə bu riayət ilə halım.Salmışdur ələ Yəməndin iqbal,Aləm-aləm, cəhan-cəhan mal.
Alub gələyim o malü gənci,Vacib mənədür çəkəm bu rənci.Qonanda bu xanə bir də mehman,Xani qıla mə’dəni-Bədəxşan.Ta rəf’ ola şiveyi-gədalıq,Zahir ola vəz’i-padşalıq.Öldürdü məni bu lafi-xali,Göydürdü bu vəz’i-laübali.Sərsəbz edəyim bu kişti-lafi,Yaxşılığa eyləyim təlafi.Xətm eylədi çün bu söznü Vərqa,Filcümlə təsəlli oldu Gülşa.Ta əlni götürdü damənindən,Bülbülü uçurdu gülşənindən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-verqanin-teselli-vermegi-getmekdedur-yare
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ver ona açub ləbi-iradət,Key tayiri-laneyi-şəhadət.
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Bu, Vərqa duyduğudur nəyləmiş əğyar bidadiBafəndeyi-dəstgahi-əxbar,Surətgəri-gargahi-asar.
Bu, Vərqa qıldığıdur çərxə tə’nəKey çərx, nədür bu rəsmi-bidad,Fəryad işinə həzar fəryad.
Стихи других поэтов
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Gözümdə yaş, başımda qarQar yağanda yağan qarıAlça çiçəyi sanardım.
Dinlə, gözəlim!Alati-tərəb, dinlə, nə təqrir ediyorlar,Gizlin içiniz bədəni, təkfir ediyorlar.
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,