Gülşa dəx o rəmzidin xəbərdar,Ol ki, nə fikr eyləmiş yar.Od saldı o zarə atəşi-eşq,Göydü yenə ol müşəvvəşi-eşq.Bir nov ilə qıldı növhə bünyad,Guşi-fələgə yetişdi fəryad,Pəs aldı yanına dülrübasın,Yə’ni ki, o dərd mübtəlasın.Hər babdə qıldı dilrübayi,Ol əqdə içün girehgüşayi.

Heç söz anın olmadı qəbuli,Qıldı aciz o dilməluli.Dutardı şər e’tirazi-Gülşa,Rədd eylər idi o söznü Vərqa.Vərqa dedi: – Ey könül qərari,Əldin yelə eylə bu şikari.Əmma bu şəhi-firiştə girdar,Çox çəkmişdür bu yolda azar.Sərf etmiş o gəncü mali-aləm,Ta kim çəni qılmış öznə həmdəm.Duyduqda sənin bəlavü dərdin,Bu sineyi-gərmü ahi-sərdin.İnsaf olmuş anın dəlili,Timar ilə bəsləmiş əlili.Hərçənd ol eyləyə mürüvvət,Rövşən qıla məş’əli-fütüvvət.Söylə bumudur nişani-mərdi?Kim anlıya bu bəlavü dərdi,Bu cümləni eyləyə fəramuş,Olmaq diləyə səninlə həmduş.Tərk et həvəs, uyma gəl, məhalə,Salma özünü, məni vəbaləFe’lə gəlməz bu kam məndin,Dolmaz ol əlində cam məndin.Olsan sən əgər vəfadə qaim,Bu nəqd əlində qalsa daim,Ola mən ilə sənin vüsalın,Bu xahişi-şövqi-ittisalın.Ol gün ki, qiyam ola qiyamət,Sadiqlərə yetməyə qəramət,Ol gün məni sən vüsali-cavid,Bu də’viyə yaxşı bağla ümmid.Çün məks ilə bitməz ehtiyacım,Yox getməməgimdə həm əlacım.Bir neçə gün ol xəyalə qaneBu getməməgə gəl olma mane.Hərçənd verür şəh istimalət,Artır mən dəmbədəm xəcalət.

Zahirdə əgərci dur səndin,Oldum kəsübən hüzur səndin.Tən gər gedər isə mundadur can,Verəm sənə cani saxla mehman.Zinhar ki, saxla əl qəribi,Qoyma dələ xar əndəlibi.Kar eylədi dərd o dilfigarə,Bu şe’ri oxudu anda yarə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов