Cəvabi-namədir bu, canibi-Gülşai-məhzundan
Tuğrayi-səhifə nami-bari,Canım ola adının nisari.Ol düzdü şükufeyi-məhəbbət,Bu baği-cəhanə badi-ülfət.Hicran gecəsi vüsal ruzi,Andin almış bu zövqü suzi.Pəs ey dili-didə rövşənəsi,Mən, sən degülüz qəza xüdasi.Çün əldə degil inani-təqdir,Dutmaq nə rəva təriqi-təkfir.Gülşadə gər ixtiyar oleydi,Öz rə’yi ilə mədar oleydi,
Haşa ki, qıleydi ol cüdalıq,Səndin kəsə idi aşinalıq.Bu firqətə mayeyi-səburi,Oldu mənə qayəti-zəruri.Gər istər isən nədür mədarım,Bilmək diləsən vəfadə arım,Öz halına öyləgil nəzarə,Düzgil məni dəxi ol şümarə.Bilmək diləsən gər, ey nikuru,Kim kəsdi durub bu cuydən su,Ya kim bu büsati-eyşi qarət,Qıldı açubən dəri-xəsarət,Ya kim məni səndən eylədi dur.Kim qıldı bizi bu dərdə rəncur.Örtüb yüzə ehtiyat babın,Təhrirə gətürmədim cəvabın.Leyk ey güli-şaxi-dilnəvazi,Vey bülbüli-baği-eşqbazi,Qıldım bu tərəfdə hər xəbər varƏsrarinə dayəni xəbərdar.İzhar edübəm nəqirü qətmir,Bir-bir sənə eyləyəndə təqrir,Mə’lumun olur həqiqət, ey yar,Bu rəxneyi-vəslə urdi kim xar.Əmn olgilən, ey mənim həbibim,Asudə ol, ey mənim təbibim.Var canıma ta ki nəqdi-həsti,Ruhim qıla cismə tənpərəsti.İqrarıma eylər olsam inkar,İqrarın ola qənimin, ey yar.Gər döndərəm etdigüm qərari,Bu şivədə xəsmim ola yari.Gər qeyrə ola rüxi-nəvidim,Məsdud oluna dəri-ümidim,Gər adını unuda bəyanım,Tovhiddə kəng ola zəbanım.Can özgədin istər olsa vayə,Daim düşə anda ahü vayə.
Dil özgiyə açar olsa mənzər,Səd çak ola çün bəri-sənubər,Məndin sənə bu hədis bəsdür,Sər məhmilə naleyi-cərəsdür.Kim eyləsə seyri-bağə adət.Sər sayeyi-sərvidin fərağət.Hala ona məskən ola gülxən,Di xatiridin çıxarmı gülşən?!Ey dərdə qılan məni giriftar,Qıl hikmətilə əlaci-bimar.Gər mərdsən uymagil xəyalə,Bir fikr edə görgil ittisalə.Hicran qəmi iczədür dəlalət,Qüdrət sənə var, nədür bu halət?!Həm sən olasan fəraqə həmduş,Hicran mənə həm ola həmağuş.Bəs məndəvü səndə, ey nükufal,Noldu degilən təfavütü-hal?!Səndə ola aləti-şünayi,Verə bizə abi-qəm cüdayi.Sən dəxi mənim tək olasan qərq,Bəs bu ikidə degil nədür fərq?!Necə olasan həyayə tabe,Azərm çox oldu rizqə mane.Sən şiri, bu şiveyi-qəzali,Rəncur edə arzu xəyali,Eyb ola sənə durub ayağə,Mərhəm qoya gör bu zəxmi-dağə.Algil ələ şiveyi-həjəbri,Vergil yelə müqtəzayi-səbri.Gər əmr ilə gəlsə-getsə qasid,Düşməz ələ daməni-mərasid.Dəmdür ki, bulaq vüsaldin keyf,Bir fikr edə gör ki, vəqtdür heyf.Getsə belə eyşi-zindəgani,Yə’ni ki, bu mayeyi-cəvani.Nə faidə de o gün vüsalə,Nə sud o hali-ittisalə.
Güldən gedə çün təravətü rəng,Bülbül dəxi bağə qılmaz ahəng.Töksə pəri-əndəlibi idbar,Duzəx onadur fəzayi-gülzar.Gülzarə xəzan yetürsə afət,Göz açmıyə ona çeşmi-rif’ət.Bu tərz ilə ol büti-səmənbər,Düzməkdə hənuz iqdi-gövhər.Xətm eyləmədin qələm nükati,Sövda ilə pür dili-dəvati.Bin nüktə hənuz dildə məknun,Gül vermədə şaxsari-məzmun.Şövq eylədi anda tey müsəccil,Ol məcmeyi-xasi qıldı yekdil.Ahəstə verüb rəsuli-yarə,Dərdi-dil ona qılub şümarə.Çün anladı qasidi-nigufal,Gülşadə nədür həqiqəti-hal.Dedi qılubən həzar təhsin,Key çak təni-vəfavü təmkin.Qəm çəkmə ki, qılam bu dərdə dərman.Durdi oradan rəvan səbükxiz,Vərqayə özün yetürdi ol tiz.Ol şəhneyi-eşq dəstyari,Verdi gülə müjdeyi-bəhari.Zinət düzübən rüxi-pəyamə.Ərz eylədi halü verdi namə.Vərqa açub oxudi kitabi,Fəhm etdi mə’aniyi-xitabi.Buldu qəmu ol xücəstə girdar,Yaqutinə qarşu dürri-şəhvar.Duyduqda nigarının vəfasın,Ol babdə çəkdügi cəfasın.Birinə yüz artdı dərdü suzi,Oldu qəmdən siyah ruzi.Saldı ona eşq şurü qovğa,Qeyrət başına çıxardı sövda.
Qovğa ani çəkdi iztirabə,Sövda ani saldı piçü tabə.Nə vəslə bular rəhi-səlamət,Nə səbrə təriqi-istiqamət.Keyfiyyəti-şövqi-vəsli-canan,Azürdegiyi-xümari-hicran.Bərhəmzədə qıldı eylə ani,Az qaldı qəfəsdən uça cani.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-cevabi-namedir-bu-canibi-gulsai-mehzundan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əsbabi-təhəmmüli-ərusi,Qılduqda hilalə paybusi,
Bu, vəsfin eşidüb Əmr ölmağı Gülşayədür aşiqSaqi, nə durur bu rəsmi-bidad,Çıqdı fələkə nəfiri-fəryad.
Bu, şəbxundə alub qayıtdığıdur Əmr GülşanıÇün Əmr eşitdi bu məqali,Ol şüğlidə bərhəm oldu hali.
Yetüb əmrə hümam, ilqar ilə cəng etdigidür buDuyduqda xəbər şəhü sipahi,Ol vaqiə rəmzini kəmahi
Стихи других поэтов
Mənə biganəlik öyrət, ürəyim!Qıvrılım içimdə,
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,