Şəh rəh bulduqda intibahə,Xət çəkdi cərideyi-nikahə.Vərqayə dedi ki, ey cəvanmərd,Ərbabi-həqiqət içrəsən fərd.Min bə’d gəl olma vəhşət əfza,Bu dərd ilə qoyma yanə Gülşa.Gör fürsəti qoyma yerə rahın,Ol rahdədür bu gün fəlahın.Ver rüxsəti meyl qıl bu rahə,Qazi gələ ləb aça nikahə.Sən bülbülə bəs bu dərdi-hicran,Qılgil vəsl ilə dəf’i-hirman.Açgil qapunu girüb bu bağə,Sal didə fəzayi-bağü rağə.Yetişməmiş ona dəsti-əğyar.Saxlanmış əmanətindür, ey yar.Vərqa ki, eşitdi bu kəlami,Cuş eylədi digi-nəngü nami.Artub dərya sifət xüruşi,Az qaldı bata qürabi-huşi.Axir ki, o zovrəqi-şücaət,Nəql eylədi sahilə bəzaət.

Təmkin ilə şahə qıldı təhsin,Təhsin demə səd həzar təhcin.Dedi ona: – Ey vəhidi-dövran,Xətm olmuş əgərçi səndə ehsan,Faş oldu mürüvvətin cəhanə,Feyzin ilə pür dili-zəmanə.Həqqa ki, bu söz degil riyayi,Kim zimnidə ola jajxayi.Əmma məndin həm olma qafil,Ey xosrovi-mülkü şahi-adil.Taledən əgər əlim durur dar,Yüz şükr ki, nəqd himmətim var.Ey kişvəri-ədl şəhriyari,Qanda aparım bu nəngü ari.De necə qəbul edər mürüvvət,Bu şivəni sahibi-fütüvvət?!Kim sən tökəsən cəhan mali,Sərf eyləyəsən durub xəyali,Dil eyləyübən qəmə nişanə,Öznü salasan o bəhrü kanə,Ələ salasan o dürri-nabi,Təsxir edəsən ol aftabi,Çün zahir ola həqiqəti-hal,Bazın o şikarə açmıya bal.İnsaf ola eyşə səddi-rahın,Qala yürəgində dudi-ahın.Gəlüb bir edə cəsarət izhar,Der: mənədürür o dür səzavar.De şər’idə, ürfdə göftar,Mə’quldururmu, ey nükukar?!Həqqa ki, bu gəldügimdən, ey şah,Ol fikr mənə degildi həmrah.Səndin gəlüb istəyəm təbibin,Əldən alayım durub həbibin.Gəlməgdə mənə bu idi məqsud,Ol gün ki, vücudim ola nabud,Çün əhli-vəfadən açılar raz,Məndən həm ola bəzmdə saz.

Zinhar sənə həzar zinhar,Nisbət mənə muni vermə, ey yar.Ol lə’l ki, əlindədür sənindür,Layiq dür bu mə’dənindür.Görmiyə xəzan güli-bəharın,Sən sağ ol və yar ola yarın.Bu bir neçə gün ki, mihmanəm,Şərməndeyi-lütfi-mizbanəm.Xatirdə budur ki, şəfqəti-şah,Mihmanına rüxsət edə həmrah.Necə qıla şah mehribani,Məndən əvəz ola dilgirani.Əğyarsız olsa yardur yar,Əğyar ilə yar qəmdür azar.Şəh çün o kəlami eylədi guş,Öz himmətin eylədi fəramuş.Heyran qaldı o karü barə,Min od ona saldı bir şərarə.Hərçənd nəsihət etdi ağaz,Vərqa ol tarə düzmədi saz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви