Bir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.Nə səbr əlində, nə qərari,Var idi könüldə iztirari.

Ola yetişə məzari-yarə,Qurban qıla öznü ol məzarə.Yetişdükidə o sərzəminə,Pəs eylədi iltimas əminə.Ümmid budur ki, şahi-aləm,Rüxsət verə kim bulardan əqdəm.Yalquz gedəm ol səri-məzarə,Dərdi-dil edəm məzari-yarə.Bu zümrəyədür təriqi-adət,Yığlamaq içün məzari-xəlvət,Şəh verdi rizavü getdi ol yar,Ta mərqədi-yarə yetdi ol zar,Çün düşdü gözü məzari-yarə,Zur eylədi şövq o dilfigarə.Qoydu gerü bir kənarə səbri,Düşdüvü qucaqladi o qəbri.Yüz qoydu o xakə, qıldı avaz,Çağırdı ki, ey mənimlə həmraz.Həmrahlığın bu idi, ey yar,Kim qılmıyasan məni xəbərdar.Səbr eyləmədün bu suzü dağə,Çəkdün özü guşeyi-fərağə.Qurtardın özün nəmü ələmdən.Peyvəstə bu dəhr edən sitəmdənRəhm eyləmədün bu dilkəbabə,Getdün məni saldun iztirabə.Sağınməgil, ey mənə olan can,Canə verəm imtidadi-hicran.Dil nəqdini gör bu xaksarın,Filhal necə qılar nisarın.Əl vermədi munda çün vüsalın,Bari bula anda ittisalın.Eşq icrə, bəgim, bu narəvadur,Bil aşiqə qayəti-xətadur.Bir yar çəkə özün bəqayə,Bir getmiyə aldana fənayə,Baş qovza olam səninlə həmduş,Yetişdi ərus açgil ağuş.

Muni deyüb ol büti-səmənbər,Çün səbzə özünə çəkdi xəncər.Nəsb eylədi dəstəsin məzarə,Növkini o sineyi-figarə.Bör zövq ilə açdı qəbrə ağuş,Ta qəbrə olunduğunda sərpuş.Tən lövh oldu rüxi-məzarə,Ruh oldu qərin ruhi-yarə.Mərdanə əgərçi qıydı canə,Yetişdi vüsali-cavidanə.Gər desə biri degil müvafiq,Şər’ içidə bu ədayi-aşiq,Öz nəfsinə qəsd narəvadur?!Gər olsa cəhan-cəhan xətadur.Söylə zahir durur bu məzmun?Mərfu’ durur vəbali-Məcnun.Hər fərqə ki eşq saldı sayə,Hər fərdə ki, şövq yazdı ayə,Uymaz dəxi əql edən füsunə,Axir məşhur olur cünunə.Heç kimsənə olmadı xəbərdar,Kim netdi özünə ol diləfgar.Şəh gəldivü düşdü bargahə,Yer verdi o şəhrivü sipahə.Göndərdi rəvan bir-iki məhrəm,Ta kim olalar o yarə həmdəm.Gəldilərü gördülər rəvani,Ölmüş, yatur anda canfədani.Almış anı zəxmi-növki-xunxar,Bərgi-gülü necə kim dələr xar.Agah qılub şəhi-cəhani,Ərz eylədilər o macərani.Şahın oldu siyah ruzi,Birinə yüz artdı döndü suzi.Heyrət ani saldı iztirabə,Dil atəşə verdi, didə abə.Çox yığladı, qıldı ahü nalə.

Heyran qaluban o vəz’ü halə.Yandurdu çigər o macərayə,Rəxt etdi siyəh, girüb əzayə.Qüssalə gəlib yudu o mahi,Olduqda təmam o dəstgahi.Əmr eylədi ol şəhi-vəfadar,Açdılar o qəbri-aşiqi-zar.Ol mərqədə qoydular həm ani,Gəl gör bu cəhani-bivəfani,Ta qılmadı xak olarə sərpuş,Öldürmədi, qılmadı həmağuş,Həmxabə olundu yar yarəBu qəmlü yetişdi qəmküsarə.Şəh verdi oların abü aşın,Hər miskinin düzüb məaşın

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви