Ol bülbüli-baği-hicrü külfət,Dil bəsteyi-şaxsari-ülfət,Zahir dutuban təriqi-nazi,Pünhan qılub atəşi-niyazi,Yüz burdi o xaneyi-əmudin,Döndərdi təriq o cüstü cudin.Yar oldu ona xəyali-yari,Keçər o xəyal ilə mədari.Likən bilməzdi ol müşəvvəş,Ol xərmənə kim buraxdı atəş.Aya, bu nəticə yardandür?Ya bülbülə cövr xardandür?!Bir gün ona əql edub dəlili,Sərmənzilə yetirüb zəlili,Dedi pəs ona ki, narəvadür,Məchul işə qəm yemək xətadür.Dutgil yüzə rahi-imtəhani,Təhqiqə yetürgilən gümani.Gər yarda durur təriqi-sabiq,Bu qəmdə durur sənə müvafiq.Bil minnətü çəkgilən cəfasın,Ta ömr ola hicrinin bəlasın.Vər dutmuş ola rəhi-xilafi,Qalmamış ola əvəlki lafi.Necə yaxa canı nari-hirman,Bu bağdə gül durur firavan.

Dil verməgi yari-bivəfayə,Salmaqdür özü əbəs cəfayə.Tə’limi-dəbiri-əql tə’sir,Qıldı ona, saldı yenlə təşvir.Fikr eylədi yazə yarə məktub,Ta zahir ola xəyali-mətlub.Aldı ələ xameyi-göhərsənc,Ol tişə ilən əyan edüb gənc.Ahuyi-xəta gəlüb xüramə,Ol ərsədə müşk saçdı kamə.Cananına ərz qıldı halın,İzhar edübən qəmü məlalın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви