Şəh fariğ olub o müddəadən,Gətdi evə büq’eyi-şəfadən.Əvvəl dilədi görə ol ayi,Yə’ni o fəraqə mübtəlayi.Ol mahə müqabil oldu xurşid.Doldu o mey ilə cami-Cəmşid.Çün qıldı anınla didə rövşən,Verdi qədəmilə zibi-məskən.Ləb açdıvü qıldı mehribani,Hər babdə pürsiş etdi ani.Der olmiyə inciyə rəvanın,Sanma ki, usandı mizbanın.Bir həftədür, ey könül həbibi,Bir məcruhun olub təbibi.Yetürdim ani bu sərzəminə,Ha gəldümü tapşurub əminə,Həqqa dilü canını təbibin,Dağ eylədi dərdi ol qəribin.Sövdasidə sudi olmuş afət,Qalmış ona mayeyi-cərahət.Mərdanələgin o novcəvanın,Lö’lösünü cümləsi o kanın.Çəkdi qəmu rişteyi-məqalə,Bir-bir dedi ol pəri xisalə.Gülşa eşidüb gəlüb fəğanə,Divaniyə dəng olub bəhanə.Yarını anub qılardı nalə,Gül yaprağınə dögərdi jalə,Durub öz-özüylə göftguyə,Söylərdi muni qılardı muyə.Aya nola ol qərib hali,Kim yaxdı məni anın xəyali.Tən sağ ola, ya vücudi xəstə,Can bəstəvü ya xud şikəstə?!

Min rahət ilə budur mənə hal,Ola nə o dilfigarə əhval.Sərsəbz ola sərvi-cuybari,Məcruh ola ya təni-figari.Gər baş yerə qoysa sərvi-anın,Vər damə düşə təzərvi anın.Kim edə kənar o fərqə baliş?Qurtarmağına kim edə caliş?Dil versə tə’am ilə şərabə,Meyl eyləsə arzu gülabə,Kim bişürə aşi-dilpəsəndi?Kim şərbət edə gülabü qəndi?Tale mənə qılsa idi yari,Ol gündə bulardım ol figari.Bəstər qıluban həriri-canım,Baliş ona zanuyi-rəvanım.Qurtarmaq içün verüb rəhai,Edeydi əlim girehgüşai.Dil edə idim anın kəbabi,Yaşim suyidin verüb gülabi,Şərbət verübən ona ləbimdən.Buleydi şəfa bu məşrəbimdən.Gər ona fəvagih olsa mətləb.Verə idim ona sibi-qəbğəb.Məndə ola munca nazü ne’mət,Yarım yeyə nani-xüşki-həsrət.İnsaf degil ki, bu zəxirə,Yetürməyə vayə ol fəqirə.Ərbab ola, mən o qalə möhtac,Ol acü bu ne’mət ola tarac.Bu rəsm ilə ol qəm aşinasi,Düzdü yenə tazə rəsmi-yasi.Ol şah səriri-sədri-ehsan,Dilcuyluq eylədi firavan.Ta verdi ona süruri-sinə,Dəf’ eylədi zəngi-abginə.Gülşa görüb ol təfəqqüdati,Açdı yüzə babi-iltifati.

Yığdı başa dağılan xəyalın,Ləb pürsişə açdı, sordu halın.Gərm oldu çü aftab söhbət,Gülşa araya gətürdi şərbət.Şəh camdən oldu çaşnigir,Nagah o zəxm xürdə nəxcir.Ol xatiri-şahə oldu mənzur,Saldı dilü canə atəşi-şur.Mən’ eylədi şirəni rütəbdən.Üzr istədi pəs o nuşləbdən.Der: – Xatirimə yetişdi, ey ruh,Ol bikəsü müstəməndü məcruh.Şayəd ki, ona bu dənglü şərbət,Verilmiyə, yaxa ani həsrət.Qorxum bu ki, kəsrəti-şəvağilAndan məni nagəh edə qafil.Gəl göndərəlüm munu o zarə,Mərhəm qoyalum dili-figarə.Qürbət ələmi əcəb ələmdür?!Təxsis o müsafiri-ədəmdür.Yox hiç səvabi-axirət var,Ol gündə ümidi-məğfərət var.Məzrə çü fənadür ol bəqayə,Xoş ol ki, sala zəminə mayə.Hərçənd ki, mən günahkarəm,İnsafimdən ümmidvarəm.Ola ki, mənim bu ədlü dadım,İtürmiyə ruzi-dad adım.Gül rəhmini gördü bağbanın,Dil nərmligin şəhi-cəhanın.Ləb açdı ki, ey xücəstə kirdar,Mən acizədür bu iş səzavar.Meylin kimi qılsa həmlə hamil,Qılgil məni həm səvabə daxil.Hər gün gəlübən o binəvadən.Şərbət ala bu hərəmsəradən.Sənə yetişə fərağəti-dil,Həm mənə ola səvab hasil.

Şəh razi olub o karü barə,Rüxsət verdi o dilfigarə.Pəs bir zəğənin o bustanın,Yə’ni qulunu hərəmsəranın,Qılduqda bu şüql namzadi,Aldı ələ töhfeyi-muradi.Vərqayə verüb şərabi-məqsud,Əhvalını sordu qıldı bədrudHər gün bu idi anın mədari,Şərbət aparub görərdi yari.Ta sərvi gəlüb anın xüramə,Yüz qoydu cərahət iltiamə.Qul bir günü ol mərizi nalan,Pünhan gördü ki, eylər əfğan,Ləb açdı ona ki, ey bəlakəş,Bu vəz’idin olmagil müşəvvəş.Qılmış sənə taleyin büləndi,Vermiş sənə izzü ərcüməndi.Az kimsə içün olur müyəssər,Bu kim olmuş sənə müqərrər.Həqqa ki, o banuyi-hicazi,Hər qibləyə bağlamaz nəmazi.Heç kimsəyə qılmaz iltifati,Almaz gözünə bu kainati.Öl qönçeyi-Buqəbisü bütha.Açılmadı bu həvadə qət’aİsmət ona qıldı pasibaniHəsrət yeyə qaldı bağbani.Açılmamış ol xəzinə babi,Alınmamış ol gülün gülabi.Yox aradə rəsmi-şovhərü zən,Bu şivədə bikrdür o mə’dən.Leyk arturmuş şəh ehtiramın,Gəh-gah gəlüb verür səlamın.Bir-birə o mizbanü mehman,Zahir qılur iltifatü ehsan.Pünhan var aralarında bir raz,Yox salis o pərdəyə həmavaz.

Əksər nəfəsi rəfiqi-ahə,Hər ahi-qərin duayi-şahə.Hər gün ki, o huri-pak xilqət,Düzər özünə şərabi-şərbət.Bir bəxş səninçün eylər irsal,Bais muna yox məgər ki, iqbal?Əksər o şəhi-xücəstə fərcam,Bir yerdə ola ki, ayrulur cam.Hər nə dilər olsa şəxs meylin,Şəh qılmış ani sənin tüfeylin.Bir dəxi bu ey düri-cəhantab,Amadə yanında cümlə əsbab.Gər olsa birinə bu riayət,Şükr eyləsə yaxşi ya şikayət.Bu nüktəni çün eşitdi ol yar,Bildi ki, nədür nigarə kirdar.Duydu şəh ona yetən cəfadən,Vaqif durur əsli müddəadən.Ol meyvəyə səbri bağbanın.Tünd eylədi cür’ətin cəvabın.Dedi ona: – Ey həzar dəstan,Ol rövzeyi-ehtiramə reyhan.Sağınma əbəs durur fəğanım,Xiclətzədə qıldı mizbanım.Yox mal bu xidmətə bərabər,Verəm verüb ol şükufədin bər.Gər eyləsəm iddia təlafi,De kimsə alurmu xüşk lafi.Saldı məni dərdə binəvalıq,Xar eylədi şiveyi-gədalıq.Ehsan ki, bərabərində ehsan,Göstərməsə kişi olmaz insan.Zahir ki, şəhi-xücəstə kirdar,Eylər mənə dəxi lütfi-büsyar.Həqqa ki, qəbulə dilnijəndəm,Həm rəddindən məlalməndəm.Güm oldu bu qəlb kimiyasi,Kim ola bu dərdimin dəvasi.

Bir düşməni yox bu xanədanın,Baş verəmü başın alam anın.Yıxdı məni şükri-həqgüzari,Ömrüm olalı bu şərmsari.Ey kaş ki, ruzi-cəngü mərdi,Aleydi biri bu əhli-dərdiArtmazdı bu gün mənə xəcalət,Yetməzdi birinə həm xəsarət.Düzdükdə bu subə dəstgahım,Düşmüşdü büneyni-Şeybə rahım.Bir neçə gün eyləyüb iqamət,Ol büq’ədə sağ olub səlamət,Atasi hilal bu pərinin,Ol xur kimi nəqsidin bərininGördükdə bu yüzdə aşinalıq,Rəf’ eylədi pərdeyi-cüdalıq.Ülfət aralıqda oldu bünyad,Ol sahibi-əqlü maliki-dad.Ta kim bizi eyləyə bərumənd,Göndərmişidi təhayifi-çənd.Yazmışdı anası dəxi namə,Bu neyyəri-ovci-mülki-Şamə.Talanə dü getdi cümlə malım,Zahir qəmuyə nə oldu halım.Ol gün mənə yetdi bu xəsarət,Getdi ol aradə həm əmanət.Xiclətzədeəm bu macəradən,Qayıtsam əgər o xədxudadən,Yazsam durub öz-özilə namə,Göndərsəm ol aftabi-Şamə,Ya bir neçə söz deyüb zəbani,Ol gülrüxə göndərim nihani.Bu şivə degil nəmək həlali,Nöqsan ola ismətim kəmali.Ol göndəriləndən, ey yeganə,Qalmış bu üzük həmin nişanə.Şahiddür əlimdə kim məni-zar,Bu də’vi içində sidqəyəm yar.

Hərçənd həqir ola əmanət,Verməməgidür anın xəyanət.Bu tərz o aqili-zəmanə,Qurdu ona damü tökdü danə.Qıldı ani çün o bəhri-zaxir,Kan kimi zəxireyi-cəvahir.Qayutduqda hərəmsərayə,Gün olmuş idi müqarin ayə.Şah baxdı görüb o tərcümani,Lütf ilə yanına aldı ani.İstəşdi pəs ol qərib halın,Ta anlaya kim nədür xəyalın.Xacə oxuyub zəxrə babın,Mövlasinə açubən kitabın.Eşitdigünü nəqirü qətmir,Bir-bir ol aradə qıldı təqrir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов