Əhməd Cavada

Yol ver yurdun bayrağına,Vaxtın, gücün, ölümünyendirə bilmədiyi,Əyrilərin düz yoldandöndərə bilmədiyi,Bir haqq bayrağı var əlimdə.Kimsənin dağına qonmaz,Kimsənin yaxasına sancılmaz,Yad küləklər əsib keçəürəyimiz kimi açılmaz.

Yol ver yurdun bayrağına!Qanımı hopduraraqtutmuşam başım üstəGül kimi pardaxlanıb.Düşmənim baxa-baxagözlərindən dağlanıb.Mən raket əkmirəm ki,qızıl güldü əkdiyim,Qızıl gül işığıdıürəklərə çəkdiyim.

Yol ver yurdun bayrağına!Hardan qopubsaora dönsün!Özgə yerində gözü yox,Öz elində görünsün!Yelpikləsin məzarını şəhidlərin.Torpaq da bayraq işığını duyur.Kişilər yalnız yurdunbayraq nəğməsində uyuyur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине