Mənəm ki, sinə çak etdim fəraqın iztirabından
Mənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabındanBir özgə sübhə tiksin əhli-aləm dideyi-ümmid,Ki bu sübhi-səadət tirə oldu qəm səhabından.Gördüm ol kimsə kim ayırdı mən biçarəni səndən,Ki ta sübhi qiyamət durmasın ol cayi-xabından.Qənimətdür əgərçi vəsl, yoqdur görməgim gəh-gəh,Gedüb yandurma bir gəz atəşi-hicrin şəhabından.Ola başında kimnin iştiyaqi-badeyi-səhba,Nədür bais qayıtmaq təşnələb, meyxanə babından.Qənaət eyləmək bilmən nədəndür dərdi-hicranə,Urub əl şişeyi-mey içməmək vəslət şərabından.O gün oldum Məsihi tək cəfayi-eşqə rasix pey,Açub ta dərs oxudum səfheyi-hüsnün kitabından.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-menem-ki-sine-cak-etdim-feraqin-iztirabindan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xümmari-səbuhi-arzusindən şərab istər,Dağıtmış noğli əflakə gəhi cami-şərab istər.
Bu, Vərqanın təsəlli verməgi, getməkdədür yarəÇün şe’rindən ol gül əndam,Oldu ol dövridə təhi cam.
Bu, Vərqa ol səfərdə nəqdi-canın yarə verməgdürVərqa olar ilə xeyrbadi,Qıldı dutuban təriqi-vadi.
Eşitməgdür bu, Möhsün şahü Gülşa fövti-VərqaniOlduqda təmam o şüğli-cansuz,Ol qövm dağıldı, qaldı Bəhruz.
Стихи других поэтов · О любви
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
SonetGünlərim calanıb ömür yoluna,Sözlərim səpilib ayaqlarına...
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,