Dünya fikir dünyasıdır
Heç bilmirəm başımdakıHansı eşqin xülyasıdır.Əhvalımı kim soruşub,Halımı kim duyasıdır?!
Yarı yolda gəmim durur,Qəm əridir, möhnət yorur.Ləpə döyür, dalğa vurur,Dərya hicran dəryasıdır.
Gəl qınama Hüseyni sən,Başım bulud, ayağım çənMənə fikir çəkmə deyən,Dünya fikir dünyasıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-dunya-fikir-dunyasidir
Клавиши ← → для перехода, R — случайное стихотворение