Aşıq Mirzə BayramovaMən beşikdə ikən telli sazınlaLaylamı sən çaldın, ay Mirzə dayı.Yenə dilləndirdin “Yanıq Kərəmi”Canıma od saldın, ay Mirzə dayı.

Ağır toylar gördün, nişanlar gördün,Mahaldan-mahala atını sürdün,Gəlinlər gətirdin, qızlar köçürdün,Çox nəmərlər aldın, ay Mirzə dayı.

Sənət meydanında imtahan olur,Hüseynin əhvalı pərişan olur.Səsin tutulanda könlüm qan olur,Sən niyə qocaldın, ay Mirzə dayı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов